adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 May 2018 17:56
15172
DÜNYA
A- A+

Ankaradan F-35 açıqlaması: ABŞ verməsə...

Əgər ABŞ Türkiyəyə beşinci nəsil F-35 qırıcıları verməsə, Ankara bu hərbi təyyarələrə olan tələbatını başqa yerlərdən təmin edəcək.

Adalet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu deyib.

"F-35 məsələsi ilə bağlı mənim heç bir narahatlığım yoxdur. Çünki bu barədə ABŞ-la Türkiyə arasında imzalanan müqavilə hüquqi öhdəlikləri ehtiva edir ki, onu sadəcə bu formada ləğv etmək olmaz. Əgər bu təyyarələr bizə verilməsə, onda tələbatımızı başqa yerdən ödəyərik.” – deyə Çavuçoğlu bildiirib.

Qeyd edək ki, ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. ABŞ Konqresinin nümayəndələr palatasının ötən həftə təsdiq etdiyi 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində isə deyilir ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz. Vaşinqton onu da bəyan edib ki, S-400 sistemlərinin alınması Türkiyəyə F-35 qırıcılarının verilməsinə mənfi təsir edə bilər.

Daha sonra isə məlumat yayıldı ki, Türkiyə Amerikanın F-35-ləri əvəzinə Rusiyanın beşinci nəsil Su-57 qırıcılarını ala bilər.