adalet.az header logo
  • Bakı 20°C
30 May 2018 17:19
17822
SİYASƏT
A- A+

“Əlimizdə ABŞ-a qarşı rıçaqlar var” - Çavuşoğlu

Ankara Vaşinqtonun sərgilədiyi qeyri-dost münasibə görə, ABŞ-ın İncirlik aviabazasında mövcudluğunun əleyhinədir.

Adalet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "A Haber” telekanalına müsahibəsində deyib.

"Biz ABŞ-la əlaqələri yoluna qoymağa çalışırıq. Amma münasibətlərimizin normallaşması üçün ABŞ Menbiç məsələsi, Gülənin təhvil verilməsi və başqa problemlər üzrə addım atmalıdır. Bu barədə söz düşəndə xalqımız deyir ki: "İncirlik, Kürəcik hərbi bazalarını bağlayın.” Lakin bizim əlimizdə başqa rıçaqlar da var. Vaşinqton bizim kimi müttəfiqi itirməməlidir. ABŞ-ın öz səhv addımlarından geri çəkiləcəyini gözləyirik” – deyə Çavuşoğlu bildirib.

O, həmçinin vurğulayıb ki, Türkiyə Menbiç probleminin ABŞ-la razılaşdırlımış yol xəritəsinin köməyilə həll olunacağına ümid edir. Lakin əgər bu ümid özünü doğrultmazsa, müstəqil dövlət olaraq Türkiyə öz gücünü göstərəcək və vacib bildiyi addımları atacaq.

Qeyd edək ki, ABŞ-ın PKK-nın Suriya qolu olan YPG terror təşkilatına silah və maliyyə yardımı etməsi, Türkiyədə dövlət çevrilişi hazırlayan Fətullah Güləni ekstradisiya etməməsi, həmçinin Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması kimi səbəblər NATO üzrə müttəfiqlər - Ankara ilə Vaşinqtonun münasibətlərində böhran yaradıb.(azvision.az)