adalet.az header logo
  • Bakı 19°C
30 May 2018 15:24
8843
İDMAN
A- A+

Noyer meydana qayıdır

"Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noyer uzun müddət fasilədən sonra yaşıl meydanlara qayıdır.

Adalet.az-ın "Reuters"ə istinadən yaydığı xəbərə görə, 32 yaşlı qolkiper Avstriya millisi ilə iyunun 2-də keçiriləcək yoxlama oyununda meydana çıxacaq.

Almaniya millisinin qapıçılar üzrə məşqçisi Anderas Kepke Noyerin oyuna tam hazır olduğunu deyib: "Noyerə bu oyun lazımdır. Uzun sürən zədədən sonra meydana çıxmalıdır ki, onun tam sağaldığına əmin olaq".

Xatırladaq ki, M.Noyer ötən ilin sentyabrında zədələnmişdi.