adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Kərimin Arzusu - Emin Akif yazır

18849 | 2018-05-30 15:02

Yerin boğazından aşağı düşənə kimi Allahın sədasınabənzər bir xanım səsi elə heey nazlı intonasiya ilə "Soldan ötüb keçənlərə yolverin, şübhəli şəxslər gördükdə dərhal metropoliten əməkdaşlarına xəbər verin”cümləsini təkrarlayır. Şübhəli şəxsi görsəm birinci özüm əməlli-başlı çırparamda. Bu boğazdan dilə bənzəyən eskalatorlar adamları gah içəri dartır, gah daçölə atır. Kərim bu dəqiqə 28 May metro stansiyasındadır. O stansiya ki, boğazızürafə boğzaıdır, düşhadüş, qurtarmır. Boğazın düz aşağıya çatan yerində udlağaoxşayan bir kabinet var. Bu kabinetdə həmişə tənha bir qadın əyləşir. Oturduğuməkanda telefon da var. Kərim həmişə düşünür ki, görəsən, o qadının işi nədənibarətdir? Yəqin, o telefonu ora qoyublar ki, qadın darıxanda zəng vurub qeybəteləsin. Kərim həm də fikirləşir ki, görəsən, insanların üzündəki bu aqressiya,hirs nədən qaynaqlanır?

Bu düşüncələr onu nəhayət, qatarların dayandığı platformayagətirib çıxarsa da işdən çıxan, universitetdən qayıdan adamlar o qədərdir ki, Kəriminbayaqkı düşüncələri öz simasında yerini tapır. O, aqressivləşir, hirslənir.Saata baxır. Elektron lövhədə sarı rəqəmlər saatın 18:30 olduğunu göstərir."Günün ən izdihamlı vaxtları belə olmalı idi də” deyib dişini sıxır.

Divara söykənib bu izdihamın biraz seyrəlməyinigözləyir. Cibindən telefonunu çıxarıb vaxtı öldürmək üçün internetdəqurdalanır. Gah qızların şəkillərinə ürək atır, gah kiminsə statusunu gülüş, beləcəyarım saat keçir. Boyu balacadır deyə başını və ayaqlarını qaldırır ki, lövhəyəbaxıb görsün "Dərnəgül” yazılıb, yoxsa "İçəri şəhər”. Qəfil gözünə gözəl birqız sataşır. Gözlərini qıyır, deyəsən tanış gəlir. Hə, qızı tanıdı. Elə qız daonu. Qız özünə yol açıb Kərimə yaxınlaşan kimi ona əlini uzadır. Yanağındanöpür.

- Kərim... Təsadüfə bax, birinci dəfədir səninləmetroda rastlaşırıq, qızlar demişdi balacaboy olduğunu.

Kərim gülümsəyir:

- Hə, Arzu, nolar ki, balacaboy olanda, gərəkadamın üzünə vuralar?

- Yox e, əksinə, balacaboy adamlar şirin olur.

Kərim bu dəfə lap ürəkdən gülümsəyir. Bu boydahirsin içində belə xoş sözlər eşitmək ürəyinə yağ kimi yayılır.

Arzunun boyu onun boyundan hündürdür, dodaqları çiyələk,gözləri buğda. O, Arzunun ilk görüşdəcə onu öpəcəyini gözləmirdi. Bu tərəflərdəadamlar adətən, bir neçə görüşdən sonra salamlaşma ənənəsinə öpüşüb-görüşməyi əlavəedirlər. Onun içinə qəribə bir hüzur dolub. Axı indiyə kimi ya platonik, ya davirtual sevgi macəraları olub. Arada bir-iki qızla teatra gedib. Başqa heç nə.Kərimin intim həyatı da tərk edilmiş şəhərə bənzəyir. Bu qətiyyən qızların onubəyənməməsi ilə əlaqəli deyil. Əksinə o, qəliz adamdır, hər qadını bəyənmir, hərqadınla ünsiyyət qura bilmir. Heç gözləmirdi ki, internetdə tanıdığı qız birgün qarşısına çıxar və öz gözəlliyi ilə onu mat qoyar.

Arzu ona basabasdan kənarə çəkilib şəkil çəkdirməyitəklif edən kimi razılaşır.

- Kərim, bax ha, axşam şəklimizi internetdəpaylaşacam.

Pəəh! Bundan gözəl nə ola bilərdi ki?! O, oğlanlarlapivəxanalarda oturub şəkil çəkdirməkdən bezib. Həmişə gileylənir ki, həyatım eləbil, "kazarma”dır. Bu qədər kişini həyatıma necə yəğmışam, ilahi. İçində busözləri təkrar edə-edə oxuyur:

"Buğda tək gözlərin vardır, nənən Həvvaya bənzərsən”.

Deyəsən, buğda gözlünün getmək vaxtıdır. "Içəri şəhər”əgedən qatara minməli olduğunu deyən Arzu içinə özü boyda bir nisgil çökür.

- Kərim, hələlik... yazışarıq.

Balacaboy oğlan yolboyu əlini üzünə toxundurubgülümsəyir. Az qala ayağını tapdayanlardan üzr istəsin, onu arxadan itələyənlərə"bağışlayın, sizə mane oluram” desin, elə yarı yoldaca qayıda qatara mindiyi həminyerə, yenə gözlərini qıyıb Arzunu axtarsın. Lap elə oradakı skamyaların birindəcəyatıb yenə o birisi axşamı gözləsin ki, bəlkə Arzu iləyenə həmin vaxt rastlaşdı. "Memar Əcəmi” stansiyası. Kərim dilinin ucundabilmir Memar Əcəmini söysün, yoxsa bu sözləri deyən xanımı.

Fikirli-fikirli gəzə-gəzə metrodan çıxan kimitelefonunu cibindən çıxarıb dostuna zəng vurur.

- Alo, salam Rəşad, necəsən? Gəl, həmişəgörüşdüyümüz kafedə görüşək də.

"Hə” cavabını alar-almaz üz tutur kafeyə.

Rəşad onun qaldığı məhəllədə illərlə birlikdə tindəsiqaret çəkdiyi dostudur. Dərdini, sevincini onunla bölüşür.

Rəşad gəlir, Kərimlə öpüşüb-görüşür. Masa seçib əyləşirlər.

" Xanım, iki bakal pivə, yanında da saçaqlıpendir”.

Bilmir ki, Rəşada yandırdığı Topaz kuponundandanışsın, bilmir ki, cibində qalan dörd-beş manatdan danışsın, yoxsa Arzuyavurulmağından. Pivə gələnə qədər hər ikisi gözünü telefona zilləyib susur."Dinnnnqqq”. Yazanın Arzu olduğunu görən kimi əl-ayağı titrəyir.

"Metroda deyə bilmədim, amma çox sevindim səni görməyimə,heyf ki, ayaqüstü oldu bu görüş”.

Mesajı oxuyur, bilmir nə yazsın, necə başlasın. Bəlkədə içindəki hiss ötəridir, anidir, amma hər nədirsə gözəldir, təbiidir.

"İstəsən səni sabah kofeyə qonaq edə bilərəm” yazıbtelefonu kənara qoyur. Elə bil, alacağı cavabdan qorxur. Rəşada səslənir:

- Ala, o telefonu qoy bir qırağa, gör nə deyirəm.

- Guya sən deyildin elə bayaq telefonla oynayan, ayKərim?

- Yaxşı, bəsdi görək.

- Hə, de görüm nə olub?

- Bilirsən necədir, bir qızla rastlaşdım metroda.İnternetdə dost idik, amma belə görüşməmişdik, rast gəlməmişdik. Bayaq onunlayazışırdım.

Kərim Arzuya vurulduğunu demək istəyirdi, elə bunudeyəcəkdi ki, Rəşad sözünü həyəcanla kəsdi:

- Qaqaş, şəkli var?

- Hə, elə metroda çəkdirdik. Bax.

- Ala, bu nə bomba şeydi? Nömrəsini almısan? Danış,gör nə olur? Boş ev lazım olsa de, qardaşun ölməyib ki...


TƏQVİM / ARXİV