adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
30 May 2018 14:43
9850
SİYASƏT
A- A+

Deputat: Cənub Qaz Dəhlizi Azərbaycanı bazarda mühüm oyunçuya çevirir

Cənub Qaz Dəhlizinin açılışı həm Azərbaycan üçün, həm də region üçün böyük əhəmiyyətə malikdir.

Bunu Adalet.az-a açıqlamasında Azərbaycanın AŞPA və ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, deputat Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin istismara verilməsi Azərbaycanı regional təbii qaz bazarında mühüm oyunçuya çevirir.

Oqeyd edib ki, Azərbaycan bundan həm maddi olaraq, həm də geosiyasi baxımdan faydalanacaq:

"Qaz ixracından əldə edilən gəlirlər iqtisadi inkişafımıza yeni stimul verəcək. Artan maliyyə imkanları Azərbaycan iqtisadiyyatını daha da diversifikasiya etməyə şərait yaradacaq. Qaz ixracından əldə edilən maliyyə vəsaitləri iqtisadiyyatımızın digər prioritet sahələrinə yatırılacaq.

Nəticə etibarilə Azərbaycan iqtisadiyyatı dinamik yüksəlişin yeni mərhələsinə qədəm qoyacaq. Cənub Qaz Dəhlizinin açılışının digər mühüm aspekti geosiyasətdir. Sirr deyil ki, müasir dünyada təbii resurslar həm də bəzən siyasi alət kimi çıxış edir.

Azərbaycan qazının dünya bazarına çıxışı bizim siyasi mövqelərimizi daha da möhkəmləndirəcək. Bizim müstəqil siyasətimiz davamlı və daha qətiyyətli olacaq. Biz öz milli maraqlarımızı daha əzmlə müdafiə edəcəyik. Cənub Qaz Dəhlizi böyük infrastruktur layihəsidir.

Layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Bir sözlə, Cənub Qaz Dəhlizinin açılışı müasir Azərbaycan üçün çox əlamətdar hadisədir”.