adalet.az header logo
  • Bakı 13°C

Faiq QİSMƏTOĞLU: MƏMMƏD CAVADOVUN MUSİQİ DÜNYASI

FAİQ QİSMƏTOĞLU
53014 | 2018-05-30 13:10

… Hər insanın, həristedadlı şəxsin öz dünyası olur. Və Allah-Təala yaradanda ona ömürlə yanaşı, bir istedad da bəxş edir. O insanbu istedadıyla nə vaxtsa parlayır, üzə çıxır və yaratdığı əsərlərilə bir tarix yazır.Belə bir deyim var: «Şairlər və musiqiçilər heç vaxt ölmürlər». Bu fikirdə çox böyükməntiq və həqiqət toplaşıb. Ən azından ona görə ki, hər hansı şair, bəstəkar, musiqiçinə vaxtsa dünyasını dəyişsə də, o şeir səslənəndə, o musiqi ifa olunanda istər-istəməzhəmin istedadlı sənət adamı yada düşür, xatırlanır.Yada düşməyən və xatırlanmayan yalnız və yalnız həyatı mənasız yaşayan, ötən günlərin,ayların, illər qədrini bilməyən zəif iradəli insanlardı…

Bu yazını heç də təsadüfən qələmə almadım. Mənim kitab rəfimdəbir-birindən maraqlı, məzmunlu, rəngarəng kitablar var. Elə bir axşam olmur ki,həmin kitablara göz gəzdirməyim. Bu günlər isədiqqətimi bir kitab cəlb elədi: ««Barı Naxçıvanın» 100 yaşlı bəstəkarı».Təbii ki, bu kitab çox istedadlı, unudulmaz və ziyalı bir şəxs olan bəstəkar Məmməd Cavadov barəsində söhbətaçır. O Məmməd Cavadov ki, 1912-ci ildə Füzuli rayonunda anadan olub. Və öz istedadı,qeyri-adi qabiliyyəti ilə böyük Üzeyir Hacıbəyovun diqqətini çəkib. Yəni ona musiqialəmində, sənət yolunda Üzeyir Hacıbəyov çox böyük arxa, söykək və dayaq olub. Təbiiki, Məmməd Cavadovun istedadı, qeyri-adi qabiliyyəti olmasaydı, çətin ki, Üzeyirbəy ona bu qədər sevgi və diqqət göstərərdi.

O, yaradıcılığa başladığıilk gündən həm bəstəkar, həm müəllim, həm də dirijor kimi sənət aləmində əbədi biriz qoyub. O, bir müddət Füzulidə, Ağdamda işləyib. Sonra isə Naxçıvana gedib. VəNaxçıvanda da xalq çalğı alətləri orkestri yaradıb və bu orkestrə uzun müddət rəhbərlikedib. Eyni zamanda onun rəhbərliyi ilə çoxlu sayda sənət nümunələri, orijinal musiqilərsəsləndirilib. Naxçıvanda olarkən sözləri Hüseyn Əzimiyə məxsus «Barlı Naxçıvan» mahnısını bəstələyib.Bu mahnı 70 ildən çoxdur ki, şövqlə səslənir, dinləyicilərin qəlbinə bir nur çiləyir.Əgər desək ki, «Barlı Naxçıvan» istedadlı bəstəkar Məmməd Cavadovun şah əsəridir,bu fikirdə heç vaxt yanılmarıq. Bəstəkarın Azərbaycan radiosunun qızıl fondundabir çox əsərləri qorunur. Orkestr musiqiləri, mahnıları, muxtəlif ifaçıların, mugənnilərinifasında lentə yazılaraq saxlanılır. Təbii ki, bu da gələcək nəslə ötürüləcək böyükbir töhfədir.

Məmməd Cavadov torpağına,vətəninə, elinə, obasına çox bağlı bir şəxsiyyət olub. O, Füzulidə olanda da, Ağdamdaişləyəndə də, Naxçıvanda fəaliyyət göstərəndə də və məcburi köçkünlük dövründə Lənkərandayaşayanda da həmişə o torpaqdan, o havadan ilham alıb, qidalanıb. Torpağın üstündəgəzəndə, havanı udanda, suyu içəndə özünü daha güclü hiss edib. Və onda da onunilham pərisi gəlib, bir-birindən gözəl musiqilər və orkestr üçün sənət əsərləriyazıb.

O hələ Naxçıvandaolarkən xalq artisti Zəroş Həmzəyeva ilə yaradıcılıq və dostluq əlaqəsi yaradıb.Və təsadüfi deyil ki, Zəroş xanım «Leylivə Məcnun», «Əsli və Kərəm»i oynayanda birçox məsləhətləri Məmməd müəllimdən alıb. Bu dostluq çox böyük bir yaxınlığa çevrilib.Və Zəroş Həmzəyeva Füzuli Dram Teatrına dəvət edilib. Burda o, «Leyli və Məcnun»uböyük xanəndə Ağabala Abdullayevlə birgə oynayıb. Və hər tamaşadan sonra da Məmmədmüəllim istedadlı çıxışına görə Zəroş xanımı daha da ruhlandırıb. Və günlərin birgünündə də Məmməd Cavadov xalq artisti Zəroş Həmzəyevaya «Nəqşicahandır» mahnısınıithaf edib. Elə həmin mahnının sözləri də Zəroş Həmzəyevaya məxsusdur.

Məmməd Cavadov nəqədər böyük bəstəkar idisə, nə qədər böyük musiqiçi idisə, bir o qədər də böyükziyalı, şəxsiyyət idi. Çünki onunla Azərbaycanın çox istedadlı bəstəkarları, müğənniləri və musiqiçiləri ilə dostluq edirdilər. Və bu,dostluqdan çox hardasa yaradıcılıq əlaqəsinə, ünsiyyət vasitəsinə bənzəyirdi. Əlbəttə,hər bir musiqi ürəkdən yazılanda, qəlbdən süzüləndə o daha möhtəşəm olur. Elə Məmmədmüəllimin də çoxlu sayda bəstələdiyi musiqilər, mahnılar və orkestr üçün yazdığıəsərlər məhz onun ürəyindən, qəlbindən süzülüb.

Məmməd Cavadov hərşairin yaradıcılığına üz tutmazdı. O şairə müraciət edərdi ki, onun şeiri böyükbəstəkarın qəlbinin «sarı sim»inə toxunub. O misra ki, «sarı sim»ə toxundu, Məmmədmüəllimi ilhamlandırırdı və yeni bir musiqi yaranırdı. Bu mənada M.Ə.Sabirin, A.Səhhətin,M.Müşfiqin, S.Vurğunun, M.Şəhriyarın, O.Sarıvəllinin, İ.Səfərlinin, M.Arazın, Ə.Tudənin,B.Vahabzadənin, Ə.Kərimin, M.Dilbazinin, F.Qocanın… şeirlərinə bəstələdiyi musiqilərçox gözəldir və oxucunun yaddaşına əbədi həkk edilir.

Böyük bəstəkar2002-ci il iyunun 11-də Ümummilli lider Heydər Əliyevin xüsusi sərəncamı ilə təhsil,mədəniyyət, incəsənət sahəsindəki xidmətlərinə görə Prezidentin fərdi təqaüdünəlayiq görülmüşdü.

Əlbəttə, hər birdiqqət, hər bir qayğı yaradıcı insana yeni bir nəfəs, yeni bir ruh verir. Və ümummillilider tərəfindən belə bir diqqət də Məmməd Cavadova yeni bir nəfəs, yeni bir ilhamvermişdi. Yaradıcı insanın həmişə, hər an diqqətə və qayğıya ehtiyacı var. O diqqətvə qayğı zamanında olanda həmin şəxs öz halal haqqını alır və ədalətin təntənəsinigörür.

Bayaq qeyd etdikki, Məmməd Cavadov bir müddət Naxçıvanda çalışıb və orda xalq çalğı alətləri orkestrininbədii rəhbəri olub. Məmməd Cavadov bu gün də naxçıvanlılar tərəfindən böyük sevgivə məhəbbətlə xatırlanır, yada salınır. Çünki bir vaxtlar o,bu yurda, bu obaya özsevgi və məhəbbətini «Barlı Naxçıvan»la göstərib.

Bu yaxınlarda NaxçıvanDövlət Filarmoniyasının xalq çalğı alətləriorkestrinin bədii rəhbəri, əməkdar artist Elman Əliyev bir daha Məmməd Cavadovunyaradıcılığı ilə maraqlanıb. Və bu maraq da təsadüfi olmayıb. Bu barədə ona NaxçıvanMusiqi Kollecinin şöbə müdiri Fətəli Axundzadə məlumat verib. Və Elman müəllim dəMəmməd Cavadovun oğlu, gözəl ziyalı və musiqiçi Azər Cavadovla telefon əlaqəsi yaradıb.O telefon əlaqəsinə mən də qulaq asmışam. Elman müəllimin dönə-dönə vurğuladığıbir fikir məni çox sevindirdi. O, telefonda Azər müəllimə deyir ki, biz naxçıvanlılarheç vaxt Məmməd Cavadovu unutmamışıq. Onun sizdə olan və nota yazılmış orkestr üçünəsərlərini mənə göndər, biz onun üzərindəişləyib o musiqiləri yenidən səsləndirək. Çünki Məmməd müəllim sözün həqiqi mənasındabu xalqa, bu millətə ruhən çox yaxındır. Azər Cavadov da Məmməd Cavadovun «Qarabağlövhələri» və böyük bəstəkar Üzeyir Hacıbəyova həsr etdiyi «Sülh marşı» əsərini,eləcə də «Nəqşicahan» mahnısının notlarını Naxçıvana Elman müəllimə göndərib. Təbiiki, istedadlı dirijor və əməkdar artist Elman Əliyevin Məmməd Cavadovun yaradıcılığınamüraciət etməsi heç də təsadüfi deyildi. Belə bir deyim var: sənətkara sənətkarqiymət verər.

Məmməd Cavadov 90 il ömür yaşadı… Və bu 90 ildə öz adınıAzərbaycan musiqi tarixinə yazmağı bacardı… Bu 90 ildə bəstəkar Məmməd Cavadov çoxsaylıdinləyiciləri tərəfindən böyük məhəbbətlə sevildi… Və bu 90 ildə Məmməd Cavadovçox şərəfli, ləyaqətli və qürurlu bir ömür yaşadı…

Bu gün sağ olsaydı106 yaşını yaşayardı. Amma o, elə indi də yaşayır: öz mahnılarında, musiqilərində,bir də onu sevən çoxsaylı dinləyicilərinin, tamaşaçılarının ürəyində. Bundan gözəlnə ola bilər?!


TƏQVİM / ARXİV