adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 May 2018 11:15
4343
MƏMLƏKƏT
A- A+

Şuranın dəstəyilə qəhrəman əsgərlərimizin təbliği davam edir

"Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Hər şey vətən üçün!” Yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi layihəsinin icrasını etdirir.

Layihə çərçivəsində Quba rayonunda keçirilən tədbirdə layihə rəhbəri sözügedən layihənin icrasında əsas məqsədin hərbi xidmətə gedəcək gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksədilməsi olduğunu qeyd edib.

Ekspert gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsinin hər zaman diqqət mərkəzində olmasından danışıb. Bu gün hərbçilərin təbliğinə, döyüşdə qəhrəmanlıq göstərən əsgərlərimizin tanıdılmasının vacibliyini vurğulayıb.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib, bukletlər və dəftərxana ləvazimatları paylanılıb.