Çarmıxa aparan yol

KƏNAN HACI
280777 | 2018-05-30 10:52

Joze Saramaqo 1922-ci ildəPortuqaliyada, Ribatejo adlı kiçik bir qəsəbədə dünyaya gəldi. Yoxsul birkəndli ailəsində böyüdü. İki yaşında ikən ailəsi ilə birlikdə atasının polisolaraq çalışacağı Lissabona köçdülər. Gənclik illərində maddi problemlər yaşadı.Və bu səbəbdən normal bir litseydən məslək litseyinə keçmək məcburiyyətindəqaldı. Bütün vaxtını yazaraq keçirməyə başlamazdan əvvəl dəmiryol maşinistiolaraq bir çox işlərdə çalışdı. Həyatının çox hissəsini Lissabonda keçirdi.Daha sonra Pilar de Rio ilə evləndi. 1993-cü ildə Kanar adalarında yerləşənLanzaroteyə köçdü. 8 oktyabr, 1998-ci ildə ən çox tərif qazanan ilkportuqaliyalı yazıçı olaraq ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.Həyata gözlərini yumduğu 2010-cu ilə qədər biri terrier, ikisi pudel cinsindənolan Camoes-Pepe-Greta adlıköpəkləri və xanımı ilə birlikdə burada yaşadı.

Yazıçılıqkaryerasına 1947-ci ildə, iyirmi dörd yaşında ikən ilk romanı "Günah ölkəsi”ninəşr etdirməklə başladı. Bundan sonra on doqquz il boyunca heç bir əsəriyayımlanmadı. 1966-ci ildə ilk şeir kolleksionu"The Possible Poems”i və 1977-ci ildəikinci romanı "Rəssamın əl kitabı”nı nəşr etdirdi. Saramaqo 1960-1970-ciillərdə "Diario De Noticias” qəzetində mədəniyyət redaktoru olaraq çalışdı.Fransızcadan tərcümələr edərək özünü inkişaf etdirdi. 1969-ci ildə uzunillərdən bəri könüllü olaraq bağlandığı Portuqaliya Kommunist Partiyasınaqatıldı. Cəmiyyətin problemlərindən və siyasətlə bağlı yazılar yazdı. 1980-ciildə "Ümid tarlaları” adlı kitabını 1974-cü ildəki Qərənfil inqilabından sonranəşr etdirməklə bir romançı olaraq səsini duyurmuş oldu. Portuqaliyada Alentejuqəsəbəsindən olan üç nəsil təsərrüfat işçilərinin həyatından bəhs edən bu kitabböyük səs-küy doğurdu. 1982-ci ildə "Monastır haqqında xatirələrim” kitabınınnəşri isə onun şöhrətini dünyaya yaydı. Bu,onun Amerikada nəşr olunan ilk kitabı idi. Sonrakı romanı "Riçard Reisinöldüyü il” Portuqaliya PEN klubunun ödülünü və İngiltərənin nüfuzlu ödülü hesabolunan "Müstəqil Yad Qurğu” mükafatını qazandı. Avropanın avropalılığınıqorumaq üçün apardığı mübarizənin fantastik tənqidindən ibarət "İkin adanınhekayəti” kitabı ilə uğurunu davam etdirdi. Kitab İber yarımadasının Avropadanqoparaq Latın Amerika ve Afrika köklerini aramaq üçün Atlantik Okeanına doğruyelkən açmasından bəhs edir. 1989-cu ildə "Lissabon mühasirəsinin tarixi” nəşrolundu. Saramaqo yaxın tarixə aid bir məqaləsində bu romandakı əsas obrazın özhəyatındakı bir çox məqamlarla bağlı olduğunu dilə gətirdi: müdirinə vurulanorta yaşlarında bir redaktor və onu bu duyğusal qarışıqlıqdan xilas edəncazibədar, gənc bir redaktor. Əslində söhbət özü ve ispaniyalı bir qəzetçi olanxanımı Pilar DelRiodan gedir.1991-ci ildə "İsanın İncili” romanını nəşr etdirdi və bu əsərə görəPortuqaliya Yazarlar Birliyinin mükafatını qazandı. Həmçinin əsər AvropaBirliyinin Ariosto ədəbiyyat yarışmasında mükafata namizəd göstərildi. Ancaqmühafizəkarların və Katolik kilsəsinin basqıları nəticəsində Portuqaliyahöküməti kitabın yarışmaya qatılmasına qadağa qoydu. Saramaqo isə demokratikPortuqaliyada belə bir haqsızlığa yol verilməsinin tam haqsızlıq olduğunu diləgətirdi. "Belə bir davranışı doğru hesab edən hər hansı bir hökümət varmı? Bu,mənim üçün çox məyusedici bir haldır” deyə üzgünlüyünü ifadə etdi. Lanzaroteyəköçdükdən sonra modern insanın səfehliyinin və özünə ziyan vermə bacarığınınqorxunc bir bənzətməsi olan "Korluq” və "Bütün isimlər” romanlarını çapetdirdi.

Gündəlik mütaliə vərdişinəbaxmayaraq, Saramaqonun "İsanın İncili” romanını düz üç aya oxuyub bitirdim.Bu, indiyə qədər oxuduğum əsərlərin içində mütaliə prosesi uzun çəkən yeganə romandır.İsanın obrazı Bulqakovun "Master və Marqarita”, Çingiz Aytmatovun "Qiyamət”əsərlərində də işlənib. Bu haqda vaxtilə ayrıca bir yazı yazmışam, ona görəözünütəkrara yol vermək istəmirəm. Bu dəfə Saramaqonun İsası haqqında yazmaqistədim.

"İsanın İncili” oxucudanxüsusi hazırlıq tələb edir. Əsər mürəkkəb dil strukturuna malikdir.Xoşbəxtlikdən indiki tərcümə hərcmərcliyində bu romanın bəxtinə İlqar Əlfioğlukimi peşəkar bir tərcüməçi düşüb. Saramaqonun yırtıcı təfəkkürünün həddi-hüduduyoxdur, onun təxəyyülünün sərhədləri sonsuzdur, elə ilk cümlələrdən dibigörünməyən bir okeana düşdüyünü anlayırsan; üzməyi bacarmasan, batacaqsan. Mən"İsanın İncili”ni oxuyub bitirənə qədər arada, 6-7 roman oxudum. Fərqlimüəlliflər idi – Aqata Kristi, Martin Paj, Henri Miller, Folkner, Heminquey,Aişə Kulin... Çünki Saramaqonu birnəfəsə oxumaq qeyri-mümkündür. İllüziya vəgerçəkliyin qovuşduğu hadisələrin kökündə əbədi bir həqiqət dayanır: İsanınhəqiqəti!

Saramaqo bu əsərinə görədövlət katibinin müavini postundan istefa verərək vətəni Portuqaliyanı tərketmək məcburiyyətində qalıb. Onu küfr yazmaqda, Tanrıya qarşı çıxmaqda, tarixihəqiqətləri lağa qoymaqda ittiham etdilər. Yazıçının Kanar adalarına mədənişəkildə sürgün olunmasıyla nəticələnən bu əsər eyni zamanda onu Nobel kürsüsünəgətirib çıxardı.

Romanda tarixi həqiqətlərinyazıçı tərəfindən interpretasiyası olunması xüsusilə diqqəti çəkir. YazıçıBibliya, İncil və Əhdi-Cədiddə əksini tapan səmavi həqiqətlərə toxunmadan özhəqiqətini, öz İsasını yaradıb. Amma bu İsa səmavi və dünyəvi həyatınhəqiqətlərinin qovuşuğunda təsvir edilir. İsanın taleyini müəyyənləşdirən qaragil kasa əsərin əvvəlindən sonuncu cümləsinə qədər oxucunu mistik aurasındasaxlayır. Sonda da çarmıxa çəkilən İsanın qanı məhz elə o gil kasanın içinədamla-damla axır. Kasa vasitəsilə Məryəmə əyan olan sirli həqiqət sonda birovuc qana çevrilib kasaya qayıdır.

Dülgər İosifin qapısınadilənçi formasında gələn o naməlum şəxs Məryəmə bətnində uşaq gəzdirdiyinixəbər verir. Daha sonra dülgər İosif təsadüfən çar İrodun Vifliyemdə doğulankörpələrin qılıncdan keçirilməsi haqqında əmrini eşidir və Məryəmi də götürübmağaraya çəkilir. Həmin şəxs mağaranın ağzında da Məryəmin gözünə görünür vəona deyir ki, sənin ərin günahkardl, o, bu məşum xəbəri Vifliyem əhalisinəçatdıra bilərdi, amma o, ancaq özünü və ailəsini düşündü. İndi atasınıntörətdiyi cinayətin kölgəsi İsanın üstünə düşəcək.

Bundan sonrakı hadisələrdəİsa bir neçə dəfə Tanrıyla qarşılaşır və möcüzələr göstərməyə başlayır.Anasıyla görüşdə Məryəm oğluna deyir:

-İsa, sənin dilinlə İblisdanışır.

İsa isə anasına belə deyir:

-Bəlkə İblis deyil, Tanrıdır?

Daha sonra isə deyir ki,görünür, insanlar həqiqəti lap doğulanda tapırlar, amma dillərinə gətirmirlərki, tapdıqlarının həqiqət olduğuna əminlikləri yoxdur.

İsa həqiqəti doğulandatapmışdı və onun başqa insanlardan fərqi də ondaydı ki, həmin həqiqəti dilinəgətirməkdən çəkinmədi. Baxmayaraq ki, o, atasının günahını öz canında ağrı kimidaşıyırdı, amma özü günahsızlıq mücəssəməsinə çevrilməyi bacardı. O,seçilmişlərdən idi.

Və qaçılmaz sonluq – İsaçarmıxa çəkilir...

Saramaqonun təsvirlərimükəmməl və möhtəşəmdir. İnsan zəkasının, təxəyyülünün bu qədər hüdudsuzolmasına heyrətlənməmək mümkün deyil. Yazıçı bədii mətndə ustalıqla tarixilikvə müasirliyin sintezini yaradıb. Əsəri oxuduqca zaman amilini unudursan. Əbədihəqiqətlər həmişə zamandan ötədir. Bəlkə də bu, ona görə belədir ki, İsanınhəqiqəti zamanın sərhədlərini çoxdan aşıb. Yazıçı zaman problemini çoxustalıqla həll edə bilib.

"İsanın İncili” bu baxımdanmənim üçün qiymətli bir əsərdir.

Saramaqo 1998-ci ildə "ParisReview” jurnalına verdiyi müsahibədə belə deyir: "Tarix gerçəkdən ibarətdirmi? Tarix,əslində, bir qurmacadan ibarətdir, o, icad edilmiş gerçəklərdən yaranır.Əslində gerçəklər gerçəkdir, ancaq bu gerçəklərin bir araya gətirilməsindəçoxlu qurğular vardır. Tarix hekayəyə bir tutarlılıq, bir cizgi gətirən müəyyənolayların bir araya gətirilməsiylə yaranır. Bu cizgini yaratmaq üçün çoxşeylərin cizginin xaricində qalması lazımdır. Tarixə fərqli bir hiss gətirəbiləcək gerçəklər tarix səhifələri arasında yer almaz. Tarixdən dərs almaqmümkünsüzdür. Heç kim "bu belə oldu, çünki mən bu şəkildə olduğunu söylədim”deyə bilməz”.

Yazıçı bütün romanlarında, xüsusən də"İsanın İncili”ndə tarixə bu rakursdan yanaşır.


TƏQVİM / ARXİV