Azərbaycanın turizm sahəsində dələduzlar çoxalıb
Azərbaycan turizm növlərinin müxtəlifliyi ilə seçilir. Biznes, istirahət, sağlamlıq, idman turizmlərini buna misal göstərmək olar. Odur ki, kifayət qədər turizm potensialı olan Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələri ilə rəqabətə girməyə və öz imkanlarını nümayiş etdirməyə qadirdir. Artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycanda turizm sərgilərinin təşkili bu sahəyə olan marağın göstəricisidir.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.azsaytına bildirib ki, turizmlə bağlı müəyyən problemlər qalsa da, son illər Azərbaycan bölgələrində çalışan kadrların, turizm üzrə fəaliyyət göstərən obyektlərin təcrübəsi artır:
M.Ağakərimovun sözlərinə görə, bölgələrdə qiymətlərin qənaətbəxş olduğunu demək olmur:
Müsahibimiz turizm şirkətləri tərəfindən aldadılan insanlardan da söz açıb:
"Əhali Dövlət Turizm Agentliyinə, Azərbaycan Turizm Assosiasiyasına müraciət edərək, hansı turizm şirkətlərindən turpaket almalı olduğunu öyrənə bilər. Çünki bu sahədə dələduzlar çoxdur. İnsanlar turpaket alan zaman mütləq müqavilə, sığorta tələb etsinlər. Turizm şirkətilə insan arasında xidmətlərlə bağlı müqavilə olmalıdır. İnsanlar bazarda təcrübəsi olan, tanınmış turizm şirkətləri ilə iş birliyində olsalar, daha yaxşıdır. Müqavilə olmadığı halda sonradan problemlər yaranır”.
M.Ağakərimov deyib ki, hazırda Yaxın Şərqdə, Suriyada, Şimali Afrika ölkələrində siyasi vəziyyət yaxşı olmadığı üçün azərbaycanlıların ora üz tutması məsləhət deyil:
"Məsələn, əvvəllər azərbaycanlı turistlər Misirə çox gedirdilər. Amma indi vəziyyət tamamilə dəyişib. Ümumiyyətlə turizm təcrid olunmuş sahə deyil. Bu sahə sosial, siyasi, iqtisadi məsələlərlə birbaşa bağlıdır. Buna görə də insanlar hər hansı ölkəyə gedən zaman o ölkə haqqında əvvəlcədən məlumat toplamalıdır”.