ANA SƏHİFƏ / ŞOU-BİZNES

Bu gün “Maşın şou” başlayır

8618    |   2018-05-29 17:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan teleməkanının ən populyar şoularından olan "Maşın” realiti-şousu efirə qayıdır.

Adalet.az xəbər verir ki, xalq artisti, tanınmış şoumen Murad Dadaşovun "Maşın” realiti-şousunun növbəti buraxılışı bu gündən etibarən yenə də ATV-də ekranlara çıxacaq.

"Xanımlar və cənablar 2” adlanan şou "Maşın”ın 16-cı buraxılışı olacaq. Həmişə olduğu kimi bu dəfə də "Maşın”da 18 tanınmış sima mübarizə aparacaq.

Şounun iştirakçıları ilə bağlı müəyyən fikirlər mövcuddur. Qeyd edilir ki, iştirakçılar arasında meyxanaçı Pərviz Bülbülə, onun duet ortağı Türkan Vəlizadə, müğənni Damla, Şəbnəm Tovuzlu, "Eurovision 2012” təmsilçimiz Dilarə Kazımova, aparıcılar Firuzə Cəlilova, Mətanət Əliverdiyeva, Aytən Səfərova, müğənni və aktrisa Ruhəngiz Musəvi, "Qurd" ləqəbi ilə tanınan Fərid Eminov, Murad Arif, müğənni Vasif Əzimovun adları var.

Şou hər axşam saat 22:15-də yayımlanacaq.

Xatırladaq ki, "Maşın” realiti şousu 2005-ci ildən efirdədir. Sonuncu şou ötən ilin oktyabrında keçirilib və müğənni Talıb Tale "Nissan Altima” avtomobilinə sahib olub.




İmza:
SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK