Xalq artistinin 11 minlik paltarı oğurlandı
Rusiyanın xalq artisti Filipp Kirkorovun konsert zamanı başına iş gəlib.
Adalet.az-ın xarici KİV-ə istinadən məlumatına görə, oğrular müğənninin konsert kostyumlarını götürüblər.
Hadisə Kirkorovun Pavlov səfəri zamanı baş tutub. İfaçının köməkçiləri polisə şikayət ediblər və hazırda bununla bağlı araşdırma aparılır. Oğurlanan 8 konsert geyiminin axtarışına başlanılıb.
Kirkoprov "Я” turu çərçivəsində oğurlanan kostyumlarını geyinməyi planlaşdırırdı. Ümumilikdə Filipə 11 min dollar ziyan dəyib.