adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 May 2018 15:01
13679
DÜNYA
A- A+

Netanyahu Fələstinə xəbərdarlıq edib

Netanyahu Fələstin döyüşçülərinin Qəzza zonasından İsrailin bir neçə rayonuna 27 raket atmasına münasibət bildirib.

Adalet.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İsrailin baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, ordu öz gücü ilə istənilən raket atəşinə cavab verəcək.

Qeyd edək ki, gün ərzində Fələstin döyüşçüləri Qəzza zonasından İsrailin bir neçə rayonuna 27 raket atıblar. Raketlərdən biri boş uşaq bağçasının həyətinə düşüb.