Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Nazir “Nəqliyyat təhlükəsizliyi” mövzusunda illik sammitdə iştirak edib Adalet.az | Nazir “Nəqliyyat təhlükəsizliyi” mövzusunda illik sammitdə iştirak edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Nazir “Nəqliyyat təhlükəsizliyi” mövzusunda illik sammitdə iştirak edib

12611    |   2018-05-29 11:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Nəqliyyat təhlükəsizliyi” mövzusunda illik sammiti keçirilib.

Adalet.az-ın məlumatına görə, sammitdə BNF üzvü ölkələrin nəqliyyat üzrə məsul nazirləri, biznes nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı tədqiqatçılar iştirak ediblər.

Ölkəmizi sammitdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə nəqliyyatda təhlükəsizliyin təmin olunması, ekoloji təmiz nəqliyyatın təşkili, şəhər və regionlarda "ağıllı” nəqliyyat sisteminə keçid, nəqliyyat və iqlim dəyişiklikləri, səmərəli avtomobil daşımaları üçün maneələrin aradan qaldırılması, nəqliyyatın rəqəmsal avadanlıqlardan asılılığı və digər mövzular ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının çıxışları dinlənilib.

Ramin Quluzadə nəqliyyatda təhlükəsizlik və avtomobil daşımaları sahəsində maneələrin aradan qaldırılması mövzuları üzrə keçirilən nazirlər sessiyasında çıxış edib.

Nazir ölkəmizdə qeyd olunan sahələrdə həyata keçirilən layihələr, görülən işlər, həmçinin nəqliyyat və logistika sahəsində informasiya-kommunikasiya texnologiyalarının, innovativ sistemlərin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Bundan başqa, tədbir çərçivəsində Ramin Quluzadə və Latviya, Ukrayna, Moldova respublikalarının sahə üzrə müvafiq qurumlarının rəhbərləri, eləcə də, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibi arasında ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.




İmza:

Bakcell növbəti müsabiqə elan etdi

Bakcell qalib məktəbliləri mükafatlandırdı

“Bakcell”dən abunəçilərə möhtəşəm Yeni İl HƏDİYYƏSİ

“Instagram”da səsli mesaj funksiyası işə salınıb

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

“Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verildi

Azərbaycanda mobil operator internet paketlərində tariflərə dəyişiklik edir

Bakcell ”Bakutel-2018” sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

Bakcell kiçik və orta biznesin “Bakutel 2018” sərgisində iştirakını dəstəkləyir

Nazir rabitəçilərə təbrik ünvanladı

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə beynəlxalq Xəzər İnnovasiya konfransı keçirilir

"Bakcell"in baş icraçı direktoru ilk dəfə 600 Mbps mobil sürətini nazirə təqdim etdi

SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK