Akif Çovdarovun apellyasiya şikayəti RƏDD EDİLDİ
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verdikləri apellyasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarı ilə A.Çovdarov və digərlərinin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, A. Çovdarov və onunla birlikdə mühakimə olunanlar Bakı Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb.
Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.