adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 May 2018 11:23
10334
DÜNYA
A- A+

İsrailə bir gündə 25 raket atıldı

İsrail ordusunun mətbuat xidməti Fələstin döyüşçülərinin Qəzza zonasından İsrailin bir neçə rayonuna 25 raket atdığına dair məlumat yayıb.

Adalet.az xəbər verir ki, onlardan çoxu İsrailin raketdən müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.

İsrail Xarici İşlər Nazirliyinin rəsmisi Emmanuel Naxşon isə bəyan edib ki, fələstinlilərin atdığı raketlərdən biri uşaq bağçasının həyətinə düşüb.

"Onlardan biri boş uşaq bağçasının həyətinə düşüb. Bu, HƏMAS-ın İsrail vətəndaşları üçün böyük təhlükə olduğunu göstərir. Heç bir ölkə öz vətəndaşlarına qarşı bu cür təhdidə dözə bilməz və dözməməlidir. Biz də dözməyəcəyik” – deyə Naxşon vurğulayıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, martın 30-dan etibarən İsrail ordusunun güc tətbiq etməsi nəticəsində Qəzza zonasında azı 114 fələstinli ölüb.

Qəzza zonasına Mahmud Abbasın liderlik etdiyi Fələstin Azadlıq Təşkilatına müxalif olan və onun hakimiyyətini tanımayan HƏMAS hərəkatı nəzarət edir. 10 ildən çoxdur ki, HƏMAS İsrail və Misirin tətbiq etdiyi sərhəd-nəqliyyat və iqtisadi sanksialar nəticəsində təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərir.