Salyan sakini arvadını boğaraq öldürüb
Mayın 25-də DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən bir qadın Buzovna qəsəbəsində kirayədə yaşayan rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini, onun əri Anara zəng etdikdə isə Kifayəti öldürdüyünü deməsini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Anar Yusifov saxlanılıb. O, izahatında mayın 25-də Buzovna qəsəbəsi ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbristanlıqda dəfn etdiyini bildirib.
Meyit eksqumasiya edilib.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.
Digər Xəbərlər
19 Aprel 2024 11:02
Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
19 Aprel 2024 10:10Sumqayıtda ər-arvad qətlə yetirildi: 24 yaşlı oğulları... - YENİLƏNİB
19 Aprel 2024 09:36Xankəndidə silah-sursat aşkarlandı
19 Aprel 2024 09:25Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanıldı
18 Aprel 2024 18:19