adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 May 2018 17:07
12885
İDMAN
A- A+

Salahı zədələdi, sonra bunları yazdı

"Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasının final oyununda (3:1) onunla ikili mübarizə zamanı zədələnən "Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salaha şəxsi "Twitter” hesabı ilə mesaj göndərib.

Qol.az-ın məlumatına görə, o, misirli futbolçuya tezliklə sağalmağı arzu edib:

"Futbol bəzi məqamlarda sənə şirin, bəzən isə sərt üzünü göstərir. İlk növbədə biz həmkarıq. Tezliklə sağalmağın ümidi ilə, Salah. Gələcək səni gözləyir”.

Qeyd edək ki, çiynindən zədə alan Salah 29-cu dəqiqədə göz yaşları ilə meydanı tərk edib.