adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 May 2018 15:39
14262
DÜNYA
A- A+

Kolumbiyada prezident seçkiləri keçirilir

Kolumbiyada prezident seçkilərinin ilk turu keçirilir.

Adalet.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, prezident seçkilərində German Varqas Leras, Qustavo Petro, Humberto de la Calle, Ivan Duque, Sergio Fajardo və Jorge Antonio Sarmientonun namizədlikləri irəli sürülüb.

Kolumbiyada 36 milyon 230 min seçicinin səsvermə hüququ var. İlk turda namizədlərdən biri 50 faizdən çox səs toplamayacağı halda, ən çox səs alan iki namizəd növbəti turda mübarizə aparacaq.

Qeyd edək ki, yeni seçiləcək dövlət başçısı ölkəni 2022-ci ilədək idarə edəcək.