adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 May 2018 12:34
16126
KRİMİNAL
A- A+

Polisi silahla hədələyən şəxs tutuldu - FOTO

Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edilib.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyıb.

Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək Şöbəyə gətirilib.

Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.