adalet.az header logo
  • Bakı 18°C
26 May 2018 10:58
17645
İDMAN
A- A+

Klubu Arda Turanı ağır cəzalandırdı - 250 min avro

Türkiyənin "Başakşehir" klubu futbolçusu Arda Turanı cərimələyib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyə Super Liqasının XXXII turunda "Sivasspor"la ev oyununda yan xətt hakiminə qarşı kobud davranışı üzündən 250 min avro ödəməli olacaq. İstanbul təmsilçisində, həmçinin Marsio Mossoro 50 min avro məbləğində cəriməyə məruz qalıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası hakimə hücum edərək onu itələyən, hədələyən və təhqir edən Arda Turana 16 oyunluq cəza versə də, onun cəzası 10 matça endirilib. Futbolçu federasiyaya 19 min TL ödəməlidir.