adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 May 2018 11:08
11110
İDMAN
A- A+

Ronaldinyodan 2 qizla evlənəcəyi xəbərlərinə reaksiya - “Bütün dünya mənə zəng edir”

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo iki qızla eyni vaxtda evlənəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın Braziliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bu məlumatı təkzib edib: "Bu, böyük yalandır. Bütün dünya mənə zəng edir. Mən evlənməyə hazırlaşmıram”.

Qeyd edək ki, 38 yaşlı Ronaldinyonun iki qızla eyni anda evlənmək istədiyi barədə xəbəri ilk olaraq İspaniyanın "As”qəzeti var. Məlumata görə, Pritsilla Koelyo və Beatris Souza ilə Ronaldinyo iki ildir birgə yaşayır.