adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 May 2018 17:00
38752
GÜNDƏM
A- A+

Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi - VİDEO

Xalq artisti Fəxrəddin Manafov Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdiyini bildirib.

Adalet.az xəbər verir ki, AzTV-də "Günün Nəbzi" verilişinin qonağı olan xalq artisti adıçəkilən ittifaqı sərt tənqid edib:

"Mən fiziki olaraq o qurumla əlaqədə deyiləm. Mən o qurumun rəsmi nümayəndəsinə zəng etdim. Çox təkidlə ona dedim ki, mən de-fakto orda yoxam, de-yuri məni ordan xaric eləyin.

Mən bundən sonra o qurumda iştirak etmək fikrində deyiləm. Mən inanmıram ki, bu cür ağır məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın. O qurumda artıq heç kəs qalan deyil".