adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
25 May 2018 15:15
6638
GÜNDƏM
A- A+

Oqtay Əsədov Gürcüstana gedir

Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da Tbilisidə səfərdə olacaq.

Adalet.az-ın məlumatına görə, tədbirin açılış mərasiminə Gürcüstanın Prezidenti, Baş naziri, parlamentin sədri, yubileyə dəvət olunmuş dövlət və hökumət başçıları qatılacaqlar.

Gürcüstan parlamentində keçiriləcək "İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda "dəyirmi masa"da Milli Məclisin sədri O.Əsədov çıxış edəcək.

Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.