Əbülfət MƏDƏTOĞLU: HƏR KƏSİN BİR KƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
52672 | 2018-05-25 14:54

Hər dəfə gözümün önünə bu uzun yolu,onun dolanbaclarını gətirəndə içimdən bir ilıq əhval-ruhiyyə gəlib keçir. Eləbil illərlə görməyib həsrətində olduğum doğmaların, əzizlərin görüşünə gedirəm...onun əhval-ruhiyyəsini, ovqatını yaşayıram. Əslində bu, bir bucağın altındanbaxanda gerçəklikdi. Və həqiqətən getdiyim ünvanda məni gözləyən səmimiyyəti,doğmalığı burda, yaşadığım məmləkətdə çox az-az hallarda hiss etmişəm. Ammaorada həyatın, taleyin qarşıma çıxardığı adamların əhatəsində özümün kimliyimidə, dəyərimi də, yerimi də, hətta bir insan kimi kimsənin yerini tutmadığımı dao qədər aydın bir şəkildə dərk etmişəm ki, özüm-özümə təəccüb etmişəm və demişəmki, doğrudanmı, bu mənəm, bu münasibət mənədi?!

Təbii ki, bu münasibətin doğruluğu və mənə yönəldilməsiartıq bir gerçəkliyə çevrilib. Ona görə də mən yolun uzunluğunu, narahatlığını,xüsusilə də keçid məntəqəmizdəki xoşagəlməz məqamları onların yaratdığı xoşolmayan ovqatı gözümün altına almıram. Çalışıram yadımdan çıxarım, bunlara əhəmiyyətverməyim. Axı mən doğmalara, dostlara doğru gedirəm... onların qapısını döyməyə,onlarla dünyanın ən gözəl şəhərlərindən, ən gözəl guşələrindən birinin havasınıudmağa, mənzərəsini, gözəlliyini və özəlliyini ruhuma köçürməyə gedirəm. Əhməd bəyin... İbrahim hocanın... doktorum Mustafa bəyin...Rəcəb... Həyati... İsa... Hüseyn... və digərlərinin... Necədeyərlər, dost yolunda boran olar, qar olar. Amma dost yolu əgər doğrudan dabütün inamım və inancımla dost yoludursa, mən ağlıma gətirmirəm ki, orda boran,qar olsun. Dostların doğmalığı, onların ürəklərinin istisi borana, qara da,şaxtaya, sazağa da qalib gəlmək gücündədi...

Bəli, hər bir insan kimi mənim də həyatımdaelə məqamlar var ki, onu ya Allaha pıçıldamalısan, ya da ürəyindəkilərə. Bax,bu mənada mən ürəyimdəkilərin də ürəyimlə bağlı narahatçılığını nəzərə almaqzorundayam.

Çünki ürək ağrısı onları da sıxır,onların da probleminə çevrilir. Nə qədər desəm də ki, ağrıyan ürək yaşayır,döyünən ürək yaşayır, amma bu, kimsəni ovutmur. Çünki deyilən sözün kökündə bir ağrı var. Ağrı da ki, həmişə eləağrı olaraq qalır. Ümumiyyətlə, mən sağlam ağrı barəsində heç nə eşitməmişəm vəheç bir təsəvvürüm də yoxdu. Bildiyim odur ki, ağrı südlə gəlib sümüklə çıxır.Deməli, mənim söylədiklərimin mayasında, canında bax elə ağrının özüdurduğundan yolun da ağrısını arxa plana keçirməyə, onun da mənzil başınaçatanda bitəcəyinə özümü həmişə kökləyirəm. Elə bu gün də kökləmişəm. Elə onagörə də yazmışam ki:


Yenə yüklənmişəm qayğılarımla

Yenə yol gedirəm səhərə tərəf...

Məni əldən salan ağrılarımla -

Gedirəm o uzaq şəhərə tərəf.


Gözümün önündə tanış çöhrələr

Doğma adamların odu əlimdə...

Mənim içimdəki ümid pöhrələr -

Gedirəm, dostların adı dilimdə.


Sevgi aparıram ürək dolusu

Keçirdim sərhəddən heç kəs duymadı...

Mənim bir adım da ağrıyolçusu -

Urək ağrımaqdan heç vaxtdoymadı...


***

Deməli, ovqatın neçəolmasından asılı olmadan bir istək mənə həmişə hakim kəsilib.

Yəni anlamışam və qəbuletmişəm ki, ürəkdə olanın ürəyə verdiyi təsəllidən önəmli heç bir dava-dərmanyoxdu.

Güvəndiyin, özünü, sözünü, həyatınıhəsr etdiyin, əgər ürəyinə iynə ucu boyda təsəlli verirsə, bu artıq ürəyinyaşamasına, öz yolunu davam etdirməsinə yandırılmış bir yaşıl işıqdı. Yox əgərürəyin güvəndiyi ürəyə iynənin ucunu toxundurursa, bu da ürəyin kəndirini kəsmək,yolunda qırmızı işıq yandırmaq deməkdi. Bax, bu bir az fəlsəfi, bir az pafosludeyimin arxasında dayanan gerçəyi gözlərinin içinə baxa-baxa demək istəyirəmki, həqiqətən özünü güclü, toparlanmış hiss etmək üçün anlayanların, xüsusiləanlayanının yanında, diqqətində olmalısan.

Əgər bu dediyim varsa və səndə anlayanın yanındasansa, onda sənə birmənalı şəkildə demək olar ki, zavalyoxdu.

Əks halda, nə qədər güclüolursan ol, həmişə stresin, sarsıntının, əzab-əziyyətin, ən çox isə cizgilərdə ifadəolunan sərt baxışın nişangahına çevriləcəksən. Bu nişangah olmaqdan qurtulmağınisə yolu heç də asan deyil. Ona görə də mən hərdən öz-özümə düşünür vədüşündüklərimi də kağıza köçürüb sonra da öz-özümə oxuyuram. Və görürəm ki,yazmışam:


Sən gələn yollara düşmürsə əgər

Mən adlı işığı söndür ki,sönüm...

Səsimdən səsinə çatmırsa xəbər-

Səbəb soruşmadan öldür ki,ölüm...


Sən bir dan üzünü dur açüzümə

Xəyal saydığımı qur, aç üzümə...

Dağılsın, səpilsin qulacüzümə -

Məni bu halımda güldür ki,gülüm!


Gözüm səndən başqa görmürheç kimi

Göstər qərarını, keçirseçkini!..

Sonuncu nəfəsim olan eşqini-

Sən də etiraf et, bildir ki,bilim!


Bəli, deməli, bütün hallardaetiraf insanı yüngülləşdirir. Onunağırlığı, onun acısı, onun fəsadları nə boyda olur olsun, dəxli yoxdur. Edilənetiraf Tanrıya çatan səslərin birinciləri sırasındadı. Və bu o deməkdir ki, sənetirafınla ayaqda qaldığını, yerdən qalxıb yerimək gücündə olduğunu göstərirsən.Eləbu gücü də sənə verən həmin etirafı qəbul edən Tanrıdı.

Bütün bu söylədiklərim bir də onun göstəricisidirki, sən etiraf edənin içini görürsən. Əgər onun dilinin altında çöp yoxdursa, əgəro gözlərini gözlərindən gizlətmədən və etiraf etdikcə səyriyən dodaqları vəpuçurlayan alnıyla qarşından qaçmırsa, çəkilmirsə, deməli...

Bəli, deməli, etirafın böyüklük olduğuöz təsdiqini tapır. Çox təəssüf ki, həminböyüklüyə imza atmaq, həmin etirafın bağışladığı yüngüllüyü əyninə geyinmək hər kəsin bacarığı, hər kəsinqabiliyyəti deyil. Və deməli, hər kəsinbacarmadığı etiraf onun özünə ömürlükyükə çevrilir. Ürəkdəki ağrı kimi, dilin ucundakı söz kimi gözün nurunu pərdələyənnəm kimi. İndi baxın görün hazırsınızmı bu etirafa?!

Ən azından Allahınızın qarşısında, sonrasevdiklərinizin qarşısında, sonra da ürəyinizin qarşısında. Axı, sizəAllahınızdan və ürəyinizdən yaxın kimsə yoxdu.

Mən bütün bu sualların cavablarını özümüçün içimdə səsləndirsəm də bu cavablar şərtidi. Çünki hər kəsin etirafı daözünə bəllidi, cavabı da.

Necə deyərlər, kimsə kimsənin günahınıdaşımır. Deməli, günahını daşımadığıhalda o günahın savabının da daşıyıcısıolmur.

Olsa-olsa onun müəyyən bir məqamlarınınreallaşmasına vasitəçilik edir. Mən də içimdə söylədiyim və cavabını da içimdəsaxladığım bütün hallarımın daşıyıcısı özüməm, yaşayanı özüməm, səbəbkarı da,günahkarı da, halallığı da, haramlığı da mənə aiddi.

Ona görə də düşüncələrimi, hətta bütünincəlikləri bir kənara qoyub ifadə etməyə çalışdığım çılpaqlıqları da normal qəbuletmək və ona öz ürəyimdən, öz dünyamdan baxıb qiymət vermək istəyimi özümdəsaxlamaqla yenə misralara köklənirəm, yenə sənə deyirəm:


Sənsiz keçən anım odda

Elə et ki, yanım odda...

Külə dönsün canım odda -

Sənin də canın qurtarsın,

mənim də.


Gözün sulansın tustümdən

Telin ütülsün istimdən...

Əlin çəkilsin üstümdən-

Sənin də canın qurtarsın,

mənim də.


Üstünə sər, tik, anlasın

Dilim dərddən tikanlansın...

Qəddim də tay dik qalmasın

Sənin də canın qurtarsın,

mənim də.


Düşünəcəksiniz ki, o hardasa yaşamaqdan,sevməkdən, ümumiyyətlə, mövcudluqdan bezməkdi. Amma yazımın bir məqamında mənetirafı xüsusi vurğulamışdım. Ona görə də sizin dediyinizi, təxmin etdiyinizielə etiraf kimi də qəbul edirəm. Çünki Allah insanı dəmirdən, daşdanyaratmayıb.

İnsan ruhdan və bir də o ruhun yuvasıolan ürəkdən ibarətdi. Əgər ruh da inciyirsə, ürək də param-parça olursa,onda təbii ki, yaşamaq da mənasınıitirir. Mən bu etirafın içərisində olduğum anın nə qədər məsuliyyəli olduğunubilirəm. Və elə o məsuliyyətlə də çəkilmək, meydandan sadəcə bir şəkildə qeybolmaq istəyimi gizlətmirəm. Özü də elə bir şəkildə ki, kimsəyə zədəsi, ağrısı,qəlpəsi toxunmasın. Və bir də o çəkilməni görməsin, duymasın, yaddaşında, xatirəsindəsaxlayıb yaşatmasın...

***

Bəli, bütün həyatımızın sevinc və kədər, ağrı və acı,işıq və qaranlıq, od və kül, daha nələr, nələr.... olmasına baxmayaraq, hərbirimizin həyatının bir dayaq nöqtəsi, bir güvənc yeri, bir şah damarı, birudum nəfəsi var.

Və biz də həmin o dayaq nöqtəsinin, obir udum nəfəsin həm girovuyuq, həm də pərvanəsi. Ona görə də ömrümüz əriyir,yanır, ütülür. Çünki odun başınafırlanırıq.

Özü də "canım!" deyə-deyə.İndi görün mənim söylədiyim fikirlərdə, ifadə etdiyim məntiqdə hansı təzadı görürsünüz? Nədən narazı qalırsınız?

Hər halda mənim sual vermək hüququm qəbulolunandı və mən də sizin sualları dinləməyə hazır olmaqla bərabər, həm də sizdəndə etiraf gözləyirəm. Axı...

Bütün yollar ümidə, işığa, məqsədə vəbütövlükdə sevgiyə doğru gedir. Çünkibütün yolların sonunda hər kəsi bir kəs gözləyir. Siz də gedin, gözləyəninizigözü yolda qoymayın. Gözü yolda qalmağın nə demək olduğunu mən də, elə bilənlərdə bilir.


TƏQVİM / ARXİV