adalet.az header logo
  • Bakı 20°C
25 May 2018 14:58
6484
GÜNDƏM
A- A+

Əfv sərəncamının icrası başa çatıb

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrası başa çatıb.

Adalet.az-ın  məlumatına görə, 607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.
f
Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.

Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.

Qeyd edək ki, bu, 64-cü əfv sərəncamıdır.