BİR DƏRVİŞ VƏLİ VAR...

ƏBÜLFƏT MƏDƏTOĞLU
44216 | 2018-05-24 14:13

Dərviş dünyasından söz açıb mənə

Bu yazını elə-belə,necə deyərlər, olduğum əhvalda, düşündüyüm səviyyədə və nəhayət, tanıdığımaurada diktə edəcəm. Ona görə ki, barəsində söz açmaq istədiyim şeirlər və onunmüəllifi mənim üçün yüzillikləri arxada qoyub və yeni-yeni yüzilliklərə dəkörpü salıbdı. Bu müəllif və onun şeirləri səpələnib iki yüzilliyin arasına. Həryerdən görünür, hər yerdən boy göstərir və hər yerdə də bir növü qulaq söhbətiolur adamla. Elə bil yır-yığış edib düşüb böyrüncə. Hara gedirsən gedir səninlə,harda dayanırsan orada o da dayanıb nəfəs alır. Və sənə öz dərviş dünyasınınilmələrindən danışmağa başlayır. O danışır, sən dinləyir və danışıb dinləmə məqamındada qulaqlarında səslənən şeirin musiqisinə qoşulub təzələnirsən.

Budünyanın yolları var,

Bir-birindənseçmək olmur.

Körpüsüvar bu dünyanın,

Körpüsündənkeçmək olmur.


Bulağıvar bu dünyanın,

Minillərdi quruyubdu.

Bilinməyirhansı nəsil

Neçəəsr qoruyubdu.


Məzarıvar bu dünyanın,

Unudulubbaşdaşı da...

Torpağındayatır hələ,

Birgözəlin göz yaşı da...


Ogöz yaşıyuxuludu,

Gülmeylli, gül qoxuludu.

Gələl vurma, qorxuludu,

Sugötürər bu dünyanı...


İndisiz deyin, toxunub bu dünyanı suya qərq etmək, o fəlakəti yaşamaq, boğulmaqyaxşıdı, yoxsa bu misraların müəllifinindərviş dünyasında qonaq olmaq?!

Yəqinki, sual çətindi, ona görə cavab vermirsiniz. Amma mən bu kitabın özündə osualın cavabı olan misraları da görmüşəm...

Hanı,uşaqların yovşan qoxusu,

Hanı,o günlərin dovşan yuxusu.

Dahaxəyalımda yaşar çoxusu,

Dönübxatirəyə yığılar hər gün.


Çəmənixalı tək naxışa dönüb,

Yollarıda bir cüt baxışa dönüb.

Bəyazgecələri yağışa dönüb,

Birbulud ömrümdə sağalar hər gün.


Bəli,bizim ömrümüz hardasa təkcə bəyaz yox, elə bütün gecələrin buludlarını xatırladır.

Obuludlara ki, ağırlaşa-ağırlaşa üzü aşağı torpağa tərəf gəlir. Zənnimcə, şair DərvişVəli də elə bunu nəzərdə tutur, ona istinad edir.

Vədolayısıyla demək istəyir ki, sözə söykənən, sözə könül verən şairin bir bənzəridə dolmuş buluddu, yavaş-yavaş əriyib şeir olur. Çünki o, bir yerə sığışmır.

Gülaçıb güllərim güllənən gündən,

Dilaçıb kədərim dillənən gündən.

Külolub küllüyüm küllənən gündən,

Biryerə sığmıram, sığmıram, qağa.


Ömrümünyolları yığıldı bir gün,

Gözümdənqan kimi sağıldı bir gün.

Puçolub arzusu dağıldı bir gün,

Biryerə sığmıram, sığmıram, qağa.


Mənibir sərçənin ahımı tutdu,

Qəlbimtutduğunu çətin unutdu.

Məniağac kimi dibdən qurutdu,

Biryerə sığmıram, sığmıram, qağa.


Saçımınsığalı küləkdə qaldı,

İstəyimelə hey ürəkdə qaldı.

Xəlbirimələnib ələkdə qaldı,

Biryerə sığmıram, sığmıram, qağa.


Bəli,bir yerə sığmamaq şairin halal haqqıdı. Amma nədən sığmamağını soruşmaq daoxucunun ixtiyarıdı. Ona görə də mən də soruşmaq istəyirəm:


-Nədən sığa bilmirsən bir yerə? Bəlkə bir sevdanı sinəndə çəkə bilməməyinindolayısı ilə etirafıdı bu? Axı sən yazırsan ki:

Gözlərimdəgilələnib yaş olub,

Ürəyimdəbir göyərməz daş olub.

Dağdanağır, ağır yükü qoşulub,

Busevdanı çəkəmmirəm sinəmdə.


Çəmənömrüm daha bir də gül açmaz,

Qayaköksüm bir kimsəyə əl açmaz.

Dahakönül qanadlanıb heç uçmaz,

Busevdanı çəkəmmirəm sinəmdə.


Bax,bu misraların təsir dünyasında özünü toparlayıb ələ almaq istədiyim bir məqamda,yəni sənə əlavə bir sual vermək istədiym anda özün məni qabaqlayırsan. Özünündediyindən məlum olur bir sevdanı sinəndə niyə çəkə bilməməyin. Axı sən bir dərvişsənyer üzündə! Bunu özün də etiraf etmisən.

Sazam,sözüm deyişməyəm,

Amalındadəyişməyən,

Budünyaya uyuşmayan,

Birdərvişəm yer üzündə.


Eh,nə deyim belə ömrə,

Yanıb,yanıb, dönüb kömrə,

Gözünaydın, Yunisi İmrə,

Birdərvişəm yer üzündə.

Deməli,bu etirafın təzəcə həzminə başlamışdım ki, bir də gördüm səsim bir az dayaxından gəldi. Özü də elə bir şəkildə gəldiki, ovqatım da dəyişdi... başqa havaya kökləndim... başqa mənzərələr canlandıgözümün önündə. Axı sən yazmısan ki:

İlahi,bu qızlar tər çiçəkdilər,

Hissimi,duyğumu hara çəkdilər.

Zülfünədolayıb dara çəkdilər,

Çəkdilər,çəkdilər, ay Dərviş Vəli.


Yamancadüşübdü işim tərsinə,

Neçəyol öldürdü səni tər, sinə.

Gahda Əzrayıl tək sənin köksünə,

Çökdülər,çökdülər ay Dərviş Vəli.


Əlindənaldılar yerlə göyünü,

Görkimlər pisikib, kimlər öyünür.

Eşqinyollarında bu can öyünü,

Sökdülər,sökdülər, ay Dərviş Vəli.



İnanki, o mənzərənin içərisində, o duyğuların qanadında mən də göy üzünə çıxıb getməkistəyirdim. Bezdiyim, yorulduğum, cana yığıldığım bu Yer üzündən qopmağa bir bəhanəaxtarırdım ki, sözünü kəmənd kimi atdın mənə tərəf.

Buyer günah içindədi,

Soruşmanə biçimdədi,

Karvanıöz köçündədi,

Yığışgedək, Dərviş Vəli,

Yığışgedək göy üzünə.


Dərdvar nə mənnən addadı,

Yandırıb,yaxıb oddadı.

Durgedək, bağrım çatdadı,

Yığışgedək, Dərviş Vəli,

Yığışgedək göy üzünə.


Kimnə yapır, kim nə qurur,

Fikirvermə, itib qürur.

Göyüzündə qəbrin durur,

Yığışgedək, Dərviş Vəli,

Yığışgedək göy üzünə.


MənDərviş Vəlinin, yəni şair dostum Vəli Xramçaylının seçilmiş əsərlərinin birincicildiylə hal-əhval tutanda hiss etdim ki, bu yazını bir saata, bir günə yazıbbitirə bilməyəcəm. Çünki buradakı şeirlərin hamısı mənim yaşantılarımın yolyoldaşı, könül sirdaşıdı. Yol yoldaşından da, könül sirdaşından da hər məqamdaayrılmaq olmur. Yaxşısı budur, hələlik Dərviş Vəlinin mənə tərəf atdığı kəndirdənyapışıb çıxıb gedim göy üzünə. Sonrasınaorda baxarıq.

TƏQVİM / ARXİV