Faiq QİSMƏTOĞLU: ORUCLUQ

FAİQ QİSMƏTOĞLU
51631 | 2018-05-25 13:23

… Deyirlər ki, oructutmağın insana çox böyük xeyri var. Birincisi, insan əməliylə bir daha Allaha olansevgisini, məhəbbətini göstərir. İkincisi də bu orucluq elə bir şeydi ki, insanasağlamlıq, şəfa və gümrahlıq gətirir. Yənibir il ərzində insan orqanizmində nə qədər zəhərli maddələr, toksinlər varsa, hamısıbədəndən çıxır. İnsanın həm daxili aləmi təmizlənir, həm də mənəviyyatı saflaşır…

Mayın 16-dan orucluqbaşlayıb. Kim oruc tutubsa, Allah onun orucunu qəbul eləsin! Mənim də bir neçə yaxınımvə doğmam oruc tuturlar. Və onlar da Allaha olan sevgilərini belə göstərmək istəyirlər.Qızım bir qayda olaraq hər il oruc tutur. Düzdür, mənim özüm də bu addımı atmaqistəyirəm. Ancaq səhhətimlə bağlı yaranmış problemlə əlaqədar olaraq oruc tuta bilmirəm.İlahiyyət alimləri buyururlar ki, oruc tuta bilməsəm də, hər hansı oruc tutana köməkgöstərmək və onun iftar süfrəsini təşkil etmək özü də bir savabdır. Və mən də həmişəçalışmışam ki, imkanım daxilində oruc tuta bilməsəm də, o oruc tutan insanlardanhansınınsa açacağı iftar süfrəsinə kömək eləyim.

Allah hamının ürəyinəvə əməlinə görə mükafatını versin. Kim nə savab və günah iş görürsə, onun da mükafatınıvə cəzasını gec-tez alacaq. Yəni hər kəs öz əməlinə görə cavabdehdir. Loru dildədemiş olsaq, yəni mən hər hansı əmələ görə, qardaşıma, bacıma cavabdeh deyiləm.Yalnız öz əməlimə görə cavab verməli olacam. Buna da necə cavab verəcəm, verməyəcəm,Allahın hüzurunda məlum olacaq. Hər halda, çalışmışam ki, günahlarım çox olmasın.Allah-Təala kiçik günahları bağışlayır. Və insan övladı da böyük və kiçik günahlardanuzaq deyil...

Bu günlərdə yolumkəndimizə düşmüşdü. Çünki sözün açığı, bir neçə aydı yaslar düşsə də, yaxın qohumlarımınyas mərasimində iştirak edə bilmirdim. Axır ki, fürsət tapıb bir neçə gün bundanəvvəl o yas məclsilərinə gedə bildim. Və Allahıma şükür elədim ki, o məclislərdəiştirak elədim və çiynimdən ağır bır yük götürüldü. Xüsusən də yaxın qohumum vəmüəllimim Əsgər Şıxəliyevin yas məclisində iştirak etməyim bütün sıxıntılardan mənixilas elədi. Çünki Bakıda özümə heç cürə yer tapa bilmirdim. Əsgər müəllimin həyatyoldaşı və mənim qohumum Mütü əmimin qızı Qələmnaz xanımı görməyim sanki o dərdibir qədər də yüngülləşdirdi. Qələmnaz xanım həyat yoldaşımı və oğlumu görəndə birqədər də rahat nəfəs aldı və dedi ki, Allah üzünü ağ eləsin, əziyyət çəkib əmininyasına gəlmisən…

Yas məclsilərindəoruc tutan qohumlarımdan biri ilə görüşdüm. Özü də hacıdı. Məndən fərqli olaraqo namaz qılır, hər il oruc tutur. Amma mən nə namaz qılıram, nə də oruc tuturam.O namaz qılsa da, bir də gördün ki, yas məclisində kiminsə qeybətini eləyir. bax,onda dözə bilmədim və iradımı bildirdim. Dedim ki, sən necə oruc tutmusan ki, burdaolmayan adamın qarasınca danışırsan. O da güldü və dedi ki, bu qeybət deyil, söz-söhbətdi.

Ancaq «Qurani-Kərim»dəbuyrulub ki, qeybət çox ağır günahlardan biridir. Hətta o dünyada sənə ən əziz qardaşınınqeybətə görə ətini yedizdirirlər. Bu kəlamları bir daha onun yadına saldım. O dabir söz demədi. Və yenə dedim ki, bax, sənin və mənim fərqim ondan ibarətdir ki,sən qeybət eləyirsən, mən qeybət eləmirəm və qeybətə də qulaq asmıram.

İndi qayıdaq orucluğunüstünə. Orucluq tutulan məqamda təkcə yemək məsəlsinə əməl edilmir. Həm də gərəksənin dilin, gözün, qulağın və tamahın da orucolsun. Yəni dilin qeybət eləməsin, qulağın pis söz eşitməsin, tamahınsa yerindəolsun. Və əgər onların biri pozulursa, deməli, elə orucluq özü də pozulmuş hesabedilir...

… Bir çox mollalaryas məclsilərində «Qurani-Kərim»dən surələr, xüsusən də «Yasin» surəsi oxuyurlar.Özü də ərəb dilində oxuyurlar və məclsidəki adamların da 99 faizi bunu başa düşmür.Yas məclisində də molla «Əl-Fatihə» surəsini oxudu və camaat da surə bitəndən sonradünyasını dəyişənin ruhuna rəhmət oxudu. Özümü saxlaya biləmyib mollaya dedim ki,ərəbcə oxuduğun o surəni heç kəs burda başa düşmədi. Elə olmazmı ki, onun Azərbaycandilində tərcüməsini də deyəsən. İnsanlar başa düşsünlər ki, bu surələr ölülər üçündeyil, dirilər üçündü. Və bizim millət də təsəvvür edir ki, Quran yas məclisindəoxunmalıdı və ölülər üçündü. Görünür hələ bizim dini maarifləndirməyə çox böyükehtiyacımız var. Amma insaf naminə deyək ki, məclisi aparan molla başqalarındanfərqli olaraq savadlı adam idi.

Birmolla deyir ki, mən yas məclisini 200 manata aparıram, bir molla deyir ki, 100 manataaparıram. Bakıda isə yas məclisləri daha baha qiymətə aparılır. Məsələn, bizim kənddəmolla 40 gün məclisi aparır, ev sahibi dəona uzaqbaşı 50-100 manat arası pul verə bilər. Heç o pulu verməsə də, bizim mollalarpul istəməzlər. Amma sadəcə olaraq bir halallıq üçün kənddə istər varlı olsun, istərkasıb, o pulu ödəməlidir.

İndibizim kənddə və eləcə də rayonun qonşu yaşayış məntəqələrində yas məclislərindəəvvəllər olduğu kimi yemək verilmir. Ən yaxşı halda çay, limon, xurma və halva olur.Onu da deyim ki, bundan camaat çox razıdı. Çünki qabaqlar Bəhmənlidə yas məclisindərəhmətə gedənin birindən qırxına qədər ən azı 2-3 cöngə kəsilirdi. Bir sözlə, bir yas məclisinin xərci qəbirüstü abidəylə bir yerdə12-15 minə düşürdü. İndi bu xərc əvvəldən axıra qədər qəbirüstü abidəylə birlikdəmaksimum 3-4 minə çatır. Bax, bunun nəyi pisdir?!

Qabaqlarimkansız adamlar bir-birinin bəhsinə yas məclisi vermək üçün ya gedib kimdənsə borcalardılar, ya da bankdan kredit götürərdilər. Nə qədər də adamın qohum-əqrabasınavə banka borcu vardı. Amma indi bu borcolmur. Üstəlik də yas yerinə yığılan pula bəzən kimsə evinin yarımçıq qalan tikintisinivə başqa problemini yoluna qoyur və yerdəkilər üçün əlavə problem yaratmır. Camaatda deyir ki, Allah Füzuli rayon icra hakimiyyəti başçısı Alı Alıyevin ölənlərinərəhmət eləsin. O bizimlə məsləhətləşdi və biz də bir yerdə bu addımı atdıq. İndişükürlər olsun ki, heç kim bu qayda-qanunu pozub eləmir.

Bu yaxınlarda mənimhəyat yoldaşım tanıdığı Fəridə adlı xanımın yanına gedib deyb ki, sən Quran oxuyursan,pul verim mənim və həyat yoldaşımın rəhmətə gedənlərinin ruhuna «Yasin» oxu. Fəridəxanım yoldaşıma telefonda deyib ki, mən o Quranı oxuyacam. Amma pulu mənə verməyin.O pulu tanıdığın kasıb və imkansız adama ver. Çünki mənim qəlbim bu cür tələb edir.O pulu alsam heç vaxt gecə rahat yata bilmərəm və Allahımın yanında da özümü günahkarsayaram. Sözün düzü, yoldaşım bu hadisəni danışanda təəccubləndim. Ömrümdə birincidəfə görürdüm ki, hansısa dindar molla «Yasin» oxuyur, o pulu almır və kasıb, imkansızadamlara verilməsini arzulayır. Bax, Allahı sevmək, Allaha yaxın olmaq bu deməkdi.Yoxsa dildə mənim qohumum kimi tez-tez Allah deyib əməlində başqa işlər görənləriUlu Yaradan çox yaxşı görür və bilir.

Kim olursan ol, hansıvəzifəni daşıyırsan daşı, ancaq ədalətli, haqlı mövqe tut. Və başının üstündə həmişəAllahı gör. Allahı gör ki, şeytana, şər qüvvələrə xidmət eləməyəsən. Yalandan oructutub, namaz qılıb bəndələri aldatmayasan. Burda namaz qılırsan, oruc tutursan,orda isə qeybət eləyirsən, kiminsə haqqını yeyirsən və rüşvət alırsan. Bax, bununharası oruc oldu? İnsanların ürəyi adını çəkdiyim o Fəridə xanım kimi təmiz olmalıdı.Çünki insanların ürəyi və əməli təmiz olanda istedadlı şair Zəlimxan Yaqubun sözləriilə demiş olsaq:

Birköynək Allaha yaxın olanlar,

Minkönək şeytandan uzaq olurlar…


TƏQVİM / ARXİV