warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | “Yol hərəkəti haqqında” qanun DƏYİŞDİRİLİR Adalet.az | “Yol hərəkəti haqqında” qanun DƏYİŞDİRİLİR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

“Yol hərəkəti haqqında” qanun DƏYİŞDİRİLİR

17377    |   2018-05-25 12:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yol hərəkəti haqqında” qanunda dəyişiklik olunur.

Adalet.az-ın məlumatına görə, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin ikinci hissəsi yeni redaksiyada verilir.

Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:

1. Velosipedi və arabanı idarəetmə hüququ-14 yaşdan,

2. Asma mühərrikli velosipedi, mopedi və "A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-16 yaşdan,

3. "A”, "B”, "C” kateqoriyasına, "B1” və "C1”, altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-18 yaşdan,

4. "BE” kateqoriyasına və "C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-19 yaşdan (müvafiq olaraq "B” və ya "C” kateqoriyasına (o cümlədən "C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə),

5. "CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-21 yaşdan ("C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə),

6. "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və "D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-23 yaşdan (65 yaşadək, habelə "B”, "C” və ya "C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərtilə),

7. "D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-25 yaşdan (65 yaşadək, habelə "D” kateqoriyasına və ya "D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərtilə),

8. "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-26 yaşdan (65 yaşadək, habelə "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə). Qanunun 34-cü (sürücülük vəsiqəsi) maddəsində də dəyişiklik edilir.

Məddənin IV hissəsinə edilə əlavəyə əsasən, avtomobilləri və motosikletləri idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində (Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir) nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları göstərilir:

"B1”- bu qanun 1-ci maddəsinin 25-3-cü bəndində kvadrisikl-yüksüz vəziyyətdə kütləsi 400 kq-dan (yükdaşıma üçün nəzərdə tutulan nəqliyyat vasitələri üçün 550 kq-dan) çox olmayan (elektrik mühərrikli nəqliyyat vasitələri üçün akkumliyatorın kütləsi nəzərə alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli 4 təkərli mexaniki nəqliyyat vasitələridir, "C1”-"D” kateqoriyasına və "D1” altkateqoriyasına daxil edilməyən, icazə verilən maksimal kütləsi 3500 kq-dan artıq, lakin 7 500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, "D1”- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan "D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün, "C1E”- Qoşqusunun icazə verilən məksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazər verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan "C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün.

"D1E”- Sərnişin daşınması üçün nəzərdə tutulmayan qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin abtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibinə icazə verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan "D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün. Layihəyə əsasən, A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan avtomobilləri idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi A1, B1, C1, D1, C1E və D1E altkateqoriyasına daxil olan avtomobilləri idarəetmə hüququnu təsdiq edir.

Dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub. Parlament layihəni qəbul edərsə, sənəd 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.




İmza:

Faiq QİSMƏTOĞLU: İSTİ HAVALAR SÜRÜCÜLƏRİ SINAĞA ÇƏKİR

Bakının 2 rayonunu birləşdirən yol yenidən qurulub

Deputat: “Avtomobildə pərdə qadağasını birdəfəlik ləğv etmək lazımdır” - VİDEO

Nobel prospekti ilə bağlı XƏBƏR, həmçinin...

Bakıda bu küçənin təmiri başa çatıb - Gediş-gəliş üçün açıqdır

Bu avtobusların hərəkət sxemində dəyişiklik edilib

Prezident Ağstafada yol tikintisinə pul ayırdı

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilin sonuna qədər yekunlaşacaq

4176 sürücüyə “pərdə və jalüz cəriməsi” kəsilib

Sürücülərə ŞAD XƏBƏR: Pərdə qadağası bitdi

Sürücülərin NƏZƏRİNƏ: İki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Yol Polisi “Təmiz hava” aylığına başladı

SON XƏBƏRLƏR
2019-05-20
2019-05-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK