adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 May 2018 12:51
18729
SİYASƏT
A- A+

“Maliyyə vəziyyətləri imkan vermir ki, idmançılara həb alsınlar...”

"Əgər idmançıda dopinq aşkarlanırsa, bu, dövlətin imicinə zərbə vurur. Bəzən xaricdən məşqçilər dəvət olunur, ölkəmizdə idmançıları hazırlaşdırırlar.

Onların müqaviləsinin müddəti bitdikdən sonra hazırlaşdırdıqları idmançılarda dopinq aşkarlanır. Burada məsuliyyəti kim daşıyır? Buna aydınlıq gətirilməlidir”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Gənclər və idman komitəsinin birgə iclasında "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Adil Əliyev deyib.

O bildirib ki, Azərbaycan Milli Antidopinq Agentliyi fəaliyyət göstərir, idmançılar da həmin qurumla məsləhətləşməlidirlər.

Deputatın sözlərinə görə, ölkədə 85 federasiya dövlət büdcəsindən maliyyə alır, amma həmin federasiyaların maliyyə vəziyyəti imkan vermir ki, idmançılar üçün nəzərdə tutulan həbi alsınlar.