adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 May 2018 12:43
27114
MARAQLI
A- A+

Özünə qalib gələn Marina Abramoviç

Marina Abramoviç 70-ci illərdən günümüzə 40 illik kariyerasında bədənini beyninin imkanları ilə zorlayan, sənəti bir növ yaşayan və sənət tarixinin ən cəsur sənətçilərindən biridir.

1946-cı ildə doğulan Marinanın valideynləri II Dünya müharibəsi ərəfəsində faşistlərə qarşı mübarizə aparmış partizanlardır. Hətta atası Vojo müharibədən sonra milli qəhrəman da elan edilib. Atasının ailəni tərk etməyindən sonra anası Danica 60-cı illərin ortalarında Belqraddakı sənət muzeylərinin birində müdir vəzifəsində işləməyə başladı. Fəqət evə olan diqqəti azalmamışdı və Marinaya olduqca çox təzyiq göstərirdi, qadağalar qoyurdu. Hətta evə ən gec saat 10-da gəlmək lazım idi. Sənətçi anasından sevgi görməmişdi və bunu da dilə gətirmişdi.

1965-70-ci illər arası Yuqoslaviyanın paytaxtında İncəsənət Akademiyasında təhsil alan sənətçi o illərdə yaşadıqlarını bir dəlilik olaraq xatırlayır və sırf gecə saat 10-da, evə qapanmadan əvvəl özünə xəsarət hallarını yaşadığını deyir.

Onun "Rhythm-0” adlı performansı səs-küyə səbəb olmuşdu.


Bu performasında Marina bir oturacaqda sakit-sakit otururdu. Yanındakı masanın üstündə isə şərab, ətir, bıçaq, quş tükü, ülgüc, gül, mərmi, tapança, mişar, kibrit, qamçı kimi zərər verə biləcək alətlər var idi. Bura qədər hər şey qaydasında, öz yolunda idi. Masanın üstündəki vərəqdə isə tamaşaçıların bu alətləri istifadə edərək Marinaya istədiklərini edə biləcəklərini yazır. Olduqca təhlükəli olan bu performansın sonunda sənətçi olduqca çətin bir vəziyyətdə qalmış və performansı bitirmişdi.

Belə ki, performansın ilk saatlarında Marinanın sakit-sakit durmasına baxan adamlar, sonra hövsələdən çıxmağa başladılar. Əvvəlcə Marinanın üzündə, bədənində qələmlə nəsə çəkməyə başladılar. Sonra kimisi ülgüclə onun bədənini kəsib qanını sovurmağa, kimisi onun üzünə şillə vurmağa başladı. Hətta Marinanın heç bir reaksiya vermədiyini görən adamlardan onu zorlayan belə oldu. 6 saatın sonunda Marina hərəkətə gələndə isə insanların arasında hay-küy düşdü, ondan qorxub qaçmağa başladılar.

Marina bu performansı ilə bir daha sübut elədi ki, insan böyük bir kütlənin önündə aciz, çarəsiz qalanda onun başına nə oyunlar gətirə bilərlər. Marinanın hərəkətə gəlməsindən hürkən adamlar da bunun gösatəricisi idi. Ki, ona əzab verən adamlar sadəcə, onu hərəkətsiz, müqavimətsiz görüb cəsarətlənmişdilər.