adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 May 2018 12:04
14192
SİYASƏT
A- A+

“Kobud ehtiyasızlıq nə deməkdir?” – Rafael Cəbrayılovdan İRAD

""Kobud ehtiyatsızlıq” nə deməkdir?”

Adalet.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında millət vəkili Rafael Cəbrayılov deyib.

Deputat qeyd edib ki, qanunvercilikdə "qəsdən” və "ehtiyatsızlıq” məfhumları var: "Qəsdən” məfhumu da iki mənada işlənilir. Amma "kobud ehtiyatsızlıq” nə deməkdir? Bunu haradan tapıb gətirib bura daxil ediblər?

Əgər qanunvericilikdə bu məfhum olacaqsa, onda "ehtiyatsızlıq”la "kobud ehtiyatsızlıq” da bir-birindən fərqləndirilməlidir. Ümumiyyətlə, loru dilin qanunvericilikdə nə işi var? Məsələn, elə "ağlabatan” sözünü götürək...

"Ağlabatan” hara, qanunvericilik hara? Hesab edirəm ki, qanunlarımızın dili loru dildə olmamalıdır, sırf qanun dilində olmalıdır”.(modern.az)