ABŞ-ın fantastik hərbi büdcəsi - 716 milyard dollar
ABŞ Konqressinin nümayəndələr palatası böyük səs çoxluğu ilə 2019-cu maliyyə ili üçün büdcə və Müdafiə Nazirliyinin yürüdəcəyi siyasətin istiqamətləri haqqında qanun layihəsini qəbul edib.
Adalet.az AzVision.az-a istinadən xəbər verir ki, sənədə əsasən, 2019- cu ildə Pentaqona (ABŞ Müdafiə Nazirliyi) büdcədən ayrılacaq ümumi maliyyə ABŞ prezidenti Donald Trampın istəyinə uyğun olaraq, 716 milyard dollar təşkil edəcək. Bu məbləğin 99 milyard dolları ABŞ-ın ölkə hüdudlarından kənardakı hərbi əməliyyatlarının maliyyələşməsinə xərclənəcək.
Həmçinin, qanun layihəsində ABŞ hərbi qulluqçularının sayının daha 16 min nəfər, onların əmək haqlarının isə 2,6% artırılması nəzərdə tutulub. Bundan başqa, hərbi hava qüvvələrinin yenilənməsi üçün 40 milyard dollar sərf olunacaq.
ABŞ-ın yeni nüvə başlıqlarının hazırlanmasına isə 65 milyon dollar maliyyə ayrılıb. 2019-cu il hərbi büdcəsinin bu maddəsi qızğın müzakirələrə səbəb olub. Demokratlar buna qarşı çıxaraq, həmin bəndin ləğvini təklif ediblər. Lakin Respublikaçılar partiyasının üzvləri onların təklifini rədd edərək, yeni nüvə başlıqlarının Rusiyanın qarşısını almaqda vacib olduğunu bildiriblər.
Digər Xəbərlər
18 Aprel 2024 18:37
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18 Aprel 2024 18:09F-16 qırıcısı yaya qədər Ukraynaya verilə bilər
18 Aprel 2024 16:56İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib
18 Aprel 2024 15:43İran əməliyyatdan 72 saat əvvəl Bakıya məlumat verib - Nazir AÇIQLADI
18 Aprel 2024 15:20