adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 May 2018 10:41
23959
SİYASƏT
A- A+

Deputatlarımız NATO PA-nın yaz sessiyasında

Mayın 25-də Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır.

Adalet.az-ın məlumatına görə, sessiyada Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər.

Sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində demokratiya və insan hüquqlarının təşviqi, NATO-nun Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Müasir təhlükəsizlik mühitində xüsusi əməliyyat qüvvələrinin rolu, Əfqanıstanda yerli və regional təhlükəsizliyin qarşılıqlı əlaqəsi, Kosmik sənayenin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi və digər mövzular müzakirə olunacaqdır.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaqdır.(modern.az)