adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 May 2018 10:45
13075
HADİSƏ
A- A+

Xəzərdən tapılan meyitlərin şəxsiyyəti məlum olub

Xəzərdən tapılan meyitlərin şəxsiyyəti məlum olub.

FHN-dən Adalet.az-a verilən məlumata görə, 24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.

Meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğluna aid olduğu müəyyən olunub.