adalet.az header logo
  • Bakı 19°C
25 May 2018 10:09
7527
HADİSƏ
A- A+

Sabiq icra başçısı həbsdə ölüb? - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Saleh Rüstəmovun ölməsi barədə yayılan xəbərləri təkzib edib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, yayılan xəbərlər tamamilə əsassızdır:

"Bu xəbər tamamilə yalan və uydurmadır. Xəbər yayılandan sonra qardaşı və vəkili Saleh Rüstəmovla görüşüb. Özü bildirib ki, saxlanılma şəraiti ilə bağlı narahatlığı yoxdur, heç bir işgəncəyə məruz qalmayıb. Bir qrup şəxs bu cür əsassız xəbərləri yaymaqla ictimaiyyəti aldatmağa çalışır”.

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı S. Rüstəmov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. S. Rüstəmovun müvəqqəti saxlama təcridxanasında döyülərək öldürüldüyü barədə xəbərələr yayılıb.