hacklink Adalet.az | NÖVBƏDƏ QAFQAZ VƏ... Adalet.az | NÖVBƏDƏ QAFQAZ VƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

NÖVBƏDƏ QAFQAZ VƏ...

10610    |   2018-05-25 00:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əlbəttə, Orta Asiyadır. Ötən əsrin 90-cı illərində elan olunmuş "NATO-nun Şərqə doğru genişlənməsi" planında bu regionlar da mühüm yer tutur. Yaxın Şərqin vəziyyəti göz qabağındadır. "Ərəb baharı", "Narıncı inqilab" dedikləri siyasi proseslər əslində hərbi münaqişələrə, vətəndaş qarşıdurmalarına çevrilib və qıpqırmızı qanla boyanıb.
Dünyaya, sahib olduğu şirkətlərdən biri kimi baxan ABŞ-ın hazırkı prezidenti Donald Tramp siyasi liderdən çox, Amerikan kovboyunu xatırladır. BMT-ni heçə sayır, onun qərarlarına uymur. Qüdsün taleyini bir kəlmə ilə həll etmək cəsarəti göstərir, oranı İsrailin paytaxtı elan edir. Əslində dekorativ quruma çevrilmiş BMT isə gözünü döyə-döyə qalır.
Bəzən insanda gülüş doğuran, lətifəyə bənzəyən elə siyasi gedişlər baş verir ki, çoxları "İsraili ABŞ yönəldir, yoxsa ABŞ-ı İsrail?!" sualını səsləndirməkdən çəkinmirlər. İsrailin bütün haqsız hərəkətləri məhz ABŞ tərəfindən alqışlanır və müdafiə olunur.
Son günlər baş verən hadisələr pik nöqtəsinə çatdı. ABŞ səfirliyinin Qüdsə köçürülməsi fələstinliləri ayağa qaldırdı. Xalq daşla-kəsəklə, İrail işğalçıları tankla, topla, güllə ilə üz-üzə gəldilər. Yenə qanlar axdı. Yerli xalq israillilərin qətliamına məruz qaldı. Onlarla ölü, minlərlə yaralı nə ABŞ-ı, nə də İsraili dayandırmadı. Soyqırım faciəsinə düçar olmuş yəhudilər, fələstinlilərə qarşı soyqırım törətdilər. Məsələ dekorativ BMT-də müzakirəyə çıxarılmaq istənsə də ABŞ təmsilçisi veto qoydu.
Bir də ki, bu BMT deyilən təşkilatı hansı işğalçı sayıb? İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi barədə necə qərarı var? Hansı yerinə yetirilib?
Məsələ bununla bitmir. ABŞ prezidenti İranla bağlı, nüvə məsələləri haqda imzaladığı anlaşmadan geri çəkdi. Bu da İsrailin arzusu ilə baş verdi. O İsrailin ki, kifayət qədər nüvə silahına malikdir. Amma müsəlman Şərqi onların hədəfindədir.
İranın ən qatı düşməni həm ABŞ, həm də İsraildir. Bu ölkənin düzənini pozmaq üçün əllərindən gələni edirlər. Müharibə variantı da gündəmdədir. Heç şübhəsiz bu müharibə müəyyən radiusda baş verə bilər. Yəni bir neçə Yaxın Şərq dövlətini əhatə edər. Genişlənməsi nə ABŞ-ın, nə də İsrailin xeyrinədir. Amma müharibə gedişatı, sonu bilinməyən bir məsələdir.
ABŞ daha bir siyasi hiyləgərliyə əl atıb. İndi o, öz əsgərlərini alovun ortasına atmır. "Çayın daşı, çayın quşu" siyasəti yeridir. Yaxın Şərqi silah deposuna çevirib. Müsəlmanlar "bəsdir" deyincə silahlandırılıb. Hər tərəfdə düşmənçilik toxumu səpilib. PKK-nın PUD-nin və digər erməni-kürd terror birləşmələrinin əlində bu gün ən müasir silahlar var. PKK rəhbərliyində kifayət qədər erməni olduğu hamıya məlumdur. Kürd seperatçılarının da tələbləri bilinir. Deməli, Türkiyə də əsas hədəfdir. Əgər İran tənəzzülə uğrayarsa, heç şübhəsiz növbədə məhz Türkiyədir. Ölkə prezidenti Ərdoğan nəhayət ki, bunu anladı və Rusiya ilə yaxınlaşmağa çalışır.
Bir vaxtlar "Genişləndirilmiş Yaxın Şərq proyektinin" həmsədri olması ilə öyünən və bunu dönə-dönə qürurla deyən Ərdoğan indi anlayıb ki, o, böyük bir oyunun iştirakçısına çevrilib. Hətta özünə qarşı, Türkiyəyə qarşı hazırlanan iyrənc siyasətin iştirakçısına.
Bəs, daha sonra nə olacaq? Ukrayna və Gürcüstan NATO-nun nəzarətindədir. Məsələ bununla bitmir. Strateji əhəmiyyətə malik olan Qafqaz və Orta Asiya bütövlükdə NATO-ya "lazımdır". Rusiyanı və Çini sıxışdırmağın planı budur. Gələnə "ağam", gedənə "paşam" deyən ermənilərdən fərqli olaraq, Azərbaycan isə özünün balanslaşdırılmış siyasətinə sadiqdir. Müstəqildir, münaqişələrə qoşulmur, tərəfdaşları və hər bir kəsimlə normal ünsiyyətdədir.
Orta Asiyaya gəldikdə - Qazaxıstanın mövqeyi məlumdur. Türkmənistan da enerji ehtiyatlarını kiminləsə bölüşmək istəməz. Digər respublikalar da qəti mövqelərini təyin etməli olacaqlar.
Yaxın Şərqdə baş verən qanlı hadisələr hamı üçün dərsdir. Bu dərsi mükəmməl oxumaq lazımdır.



SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO