adalet.az header logo
  • Bakı 16°C
24 May 2018 17:58
13999
DÜNYA
A- A+

Tramp Kim Çen Inla görüşdən imtina etdi

ABŞ prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inla görüşdən imtina edib.

Adalet.az-ın məlumatına görə, bu barədə D.Trampın Şimali Koreya rəhbərinə ünvanladığı məktubda deyilir.

Ağ Evdən verilən açıqlamaya əsasən, bu dövrdə görüşün keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Qeyd edək ki, tərəflər arasında görüş iyunun 12-də Sinqapurda baş tutmalı idi.