adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 May 2018 16:12
19729
SİYASƏT
A- A+

Rüstəm İbrahimbəyov doktor Alfred Adler üçün möhtəşəm tədqiqat obyekti olardı...

Natamamlıq kompleksini ilk olaraq Vyana psixoanalitiki Alfred Adler tədqiq edib. O qısa olaraq bu kompleksi belə təsvir edirdi: "Ətrafdakıların ondan üstün olmasına irrasional inam, özündə özünün qüsulru olması qənaəti yaradan psixoloji və emosional hisslərin təzahürü”. 

A.Adler qeyd edirdi ki, bu kompleksin əsas simptomlarından biri də, xəstəlikdən əziyyət çəkən insanın özünə diqqət çəkmək üçün mütəmadi olaraq müxtəlif siqnallar verməsidir. Bir çox hallarda natamamlıq kompleksi yaradıcı insanlarda yaradıcılıq imkanları ilə ambisiyalar üst-üstə düşməyəndə də baş verir. Yaxud yaradıcı insanlar öz ambisiyalarını təmin etmək üçün bəzən bilərəkdən total inkarçılığa başlayırlar. Bu yaradıcı insanlara xas tərslik, tənqid, orjinal baxış bucağının ortaya qoyulması şəkilində baş vermir. Bu kompleksdən əziyyət çəkən yaradıcı insanların bəziləri ümumiyyətlə, özlərinin qüsurlu olması barədə hisslərini məxsus olduqları topluma, millətə aid etməyə çalşırlar. Özlərində dərindən hiss etdikləri bu natamamlıq hissini bütün xalq proeksiya etmək və bununla da özlərinin qüsuruna haqq qazandırmağa səy göstərirlər. İlk baxışda Rüstəm İbrahimbəyov gərək natamamlıq kompleksindən əziyyət çəkməsin. Oskar alıb, yaxşı əsərləri var və s. Amma görünür, R.İbrahimbəyovun ambisiyaları ona rahatlıq vermir. O, ola bilsin daha bir Oskar almağa çalışır, yaxud daha hansısa ada, titula ümid edir. Amma atıq yaradıcı potensiya buna imkan vermədiyi üçün gerçəkdən özünü qüsurlu hiss edir. Onun siyasətə qatılması da bu kompleksin təzahürüydü. Hər halda təklifin haradan gəlməsindən asılı olamayaraq onun çəkisində adamın "yox” demək imkanı vardı. Fiaskodan sonra, "siyasətə gəlməyim təsadüf idi” – deməsi də bu natamamlıq kompleksindən qaynaqlanırdı. 2015-ci ildə çəkilən "Qafqaz üçlüyü" adlı filimdə də R.İbrahimbəyov natamamlıq kompleksini nümayiş etdirib. Özünün qüsurunu bütöv xalqa proeksiya etməyə cəhd göstərib. Bunu da, yəqin ki, kluarlarda, yaxud Moskva tusovkalarında alqışlar və "ликующие возгласы” üçün edib. Bəlkə də, aşağılamaq istədiyi xalqının fövqündə daha böyük görünmək istəyi onu məcbur edib? Bu suallara cavab vermək çətindi. Amma bir məsələ aydındı-R.İbrahimbəyov doktor, psixoanalitik Alfred Adler üçün möhtəşəm tədqiqat obyekti olardı...