adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ABDAL QASIM: ÇÜRÜMƏYƏN MEYVƏNİ YEMƏYİN

17454 | 2018-05-25 10:00

Meyvələrin şahı almadı.Ona görə də nağıllarda dərviş övladı olmayana bir alma verir, kişiyə deyir yarısını sən ye, yarısını da kəs ver xanımına. Yeyirlər, üstündən 9 ay, 9 gün, 9 gecə, 9 saat, 9 dəqiqə, 9 saniyə keçəndən sonra o almanın bərəkətindənbir övlad doğulur.

Adla idi AğdamınŞelli Qızıləhmədisi, İsmayıllının Qızıləhmədisi, Qubanın yerli almaları. AğdamınŞelli Qızıləhmədisini indi ermənilər yeyir,Qubada da day indi yerli alma yoxdu, bircə qalır İsmayıllınınQızıləhmədisi.

Dükan-bazarı da nəbilim İranın, Türkiyənin, hansısa ölkələrinalması basıb.

O gün, o gün deyəndəmüsəlmanın o günü, bir ay olar, marketlərin birindən mer-meyvə almışdım və təbiiki, alma da. Elə meyvə xoşlayan deyiləm,üstündən bir həftə keçib, gördüm iki alma qalıb hələ stolun üstündə. Qəttəzədi, elə bil indi dərmisən, yəni xarab olmayıb. Marağa dedim, görüm bu alma nə vaxt xarab olacaq? Üstündən düz bir ay keçib, baxıram, alma yenə üzümə irişir, xarabolmayıb. Hələ saxlayacam, görüm nə vaxt xarabolacaq.

Çiyələk də onun kimi,nə dadı var, nə tamı. Çiyələk adamın ağzındaəriyərdi, indiki çiyələkləri gərəkbıçaqla kəsib yeyəsən, daşlaşmaq daolar onla, adamın başına vursan yarılar. Şaftalınıdişləyəndə suyu üst-başını bartırardı, indi bıçaqla kəsib yarım saat gövşəyirsən, elə bil saqqız çeynəyirsən.

Yerli limonlara sözüm yox, dadı-duzu yerindədi, amma marketlərdəyerli limon tapmazsan. Təzyiqin qalxır, iki limonu sıxırsan,bir xörək qaşığı suyu yoxdu.

Yerliportağala, naringiyə söz yox, o da az tapılır. Xaricdən gələnlərin də dadı yox,duzu yox.

Çoxsayaram ey, hələ xaricdən gətirilən üzümlər.Yenə dadsız-duzsuz. Dünyayla bir adı olan Bakı şanısının da zayı çıxıb.

Qidatəhlükəsizliyindən danışırıq, son illər təhlükəsiz qida bir yerli ətimizdi, birfabrik yox, kənd toyuğudu, kənd yumurtasıdı,bir də Allaha şükür, dənizimizdən çıxan balıqdı, təbii ki, onu da hər adam tapıbyeyə bilmir.

Bunlarıqoyduq bir kənara, yenə qayıdaq meyvəyə. Bunlara nə gübrə verilir, hansıkimyəvi tərkibi var onun, insanlarda hansı xəstəlikləryaradır?! Böyrək xəstələrinin sayı artıb, qan-damar xəstəliklərinin sayı artıb,sonsuzların sayı artıb, mədə-bağırsaq xəstəliklərininsayı artıb.

Keçmişdə,yəni Sovet hökuməti vaxtı pambığa o qədərzəhər-zəhrimar tökürdülər ki, hətta cənnət Qarabağda 20 kəsilən qoyunun birinin ciyəri salamat olurdu, qalan hamısının ciyərində qurdlar kef edirdi.

İndigörən bizim ciyərlərimiz hansı gündədi? Daygöydən başımıza zəhər tökülmür, o zəhəri xaricdən aldığımız mer-meyvələrin, ərzaq məhsullarının içində bəh-bəhlə yedirdirlər bizə.

Əvvəlləryazmışdım, bir ara Bakıda Amerikadan gətirilmiş ucuz toyuq budları satılırdı. Qarabağlıların bir sözü var,«mən toyuq budu yemirəm ki, filan yerinəyaxındı». Əgər yeməli olsa toyuq budu, amerikalılarözləri yeyərdi də, niyə döşləriniyeyirlər? Çünki xolestrin toyuğun budlarında olur. Nə isə…

Özümüzcəhənnəm, day keçib, barı, heç olmasa övladlarınıza saxta mer-meyvə, amerikalılarıntoyuq budunu, xarici ərzaq məhsullarını yedirtməyin. Millətin genefondupozulur.

Birdəfə bir taksi şoferi bir söz dedi. Dediki, müəllim, bilirsən indiki uşaqlar niyəbir-birinə oxşayır və nəsillərindən gen düşür?Dedim ki, xeyr.

Dedi:

-Uşaqlar keçmişdə analarının südünüiçirdilər, o südlə də nəslin qanını, genini götürürdülər. İndi hamısı malış yeyir, Allah dabilmir omalış nədi!

Belə-belə işlər...


TƏQVİM / ARXİV