“Bakcell” eşitmə qüsurlu əlillər arasında futzal turnirinə dəstək verib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı
Mobil İnternet Provayderi Bakcell şirkəti AFFA-nın və Sahə Futbol
Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının
təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında futzal üzrə "Yaz turniri”nə
dəstək göstərib.
18 - 22 may 2018-ci il tarixlərində Bakı
şəhərində keçirilən "Yaz turniri”də eşitməqüsurlu əlillərdən ibarət "Bakı”,
"Azəri”, "Zirvə”, "Şimşək” və "Ümid” komandaları iştirak edib.
Turnirin nəticəsində birinci yeri "Azəri”
komandası, sonrakı yerləri müvafiq olaraq "Şimşək” və "Zirvə” kollektivləri
tutub. "Azəri”nin üzvü Tural Muxtarov ən yaxşı oyunçu, "Zirvə”dən Şövkət
Əskərov ən yaxşı qapıçı adına layiq görülüb. Rəqib komandalara 22 qol vuran Ülvi
Fərəcli ("Şimşək” komandasının üzvü) turnirin ən məhsuldar oyunçusu olub.
"Bakcell” şirkəti 2007-ci ildən başlayaraq
Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək
göstərir.
Özünün genişmiqyaslı "Bakcell Stars” Korporativ
Sosial Məsuliyyət proqramı vasitəsilə "Bakcell” Azərbaycanda gənclər və idmanın
inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə
yönəlmiş mühüm layihələri həyata keçirir.
Digər Xəbərlər
28 Mart 2024 12:12
Rusiya Telegram-kanalı bloklayır?
20 Mart 2024 13:16Azərbaycanda "TikTok"a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - AÇIQLAMA
20 Mart 2024 10:38Azərbaycanda Tiktokla bağlı yenilik
19 Mart 2024 13:46"Bakcell" maraqlı paylaşım edib
15 Mart 2024 17:59