adalet.az header logo
  • Bakı 19°C
24 May 2018 14:28
34502
ƏDƏBİYYAT
A- A+

Məşhur aktyor öz qızı ilə evlənib

Həyatımızın bir hissəsinə və ailəmizin üzvünə çevrilmiş seriallara olan tələbatı hazırda əsasən Türkiyə ödəyir. Hipermilli vətəndaşlarımız yerli seriallara üstünlük versələr də, onlar da qardaş ölkənin istehsalından yan keçmirlər. Amma bir zamanlar Latın Amerikasının vazkeçilməz serialları vardı ha... Onların yerini doldurmağa çalışsaq da etiraf edək ki, o seriallar bir başqa aləm idi. İndi onları izləyə bilmirik, çünki milliçilik dərdi bu sahədə də özünə yer eləyib. Halbuki Braziliya və digər Cənubi Amerika ölkələri bu gün də dünyəvi seriallar çəkməklə məşğuldur. Sadəcə həmin serialları alıb yayınlamaq bizim telekanalların marağında deyil.

Kəsəsi, həmin serialların içində bütün dünyanı gəzmiş biri vardı – "Klon” serialı. Fərqli mövzusu, iki ayrı milləti və adət-ənənəni bir toplumda birləşdirmək qabiliyyəti bu serialı bütün sivil ölkələrin sevimlisinə çevirmişdi. Hələ qəhrəmanları... Hadi (əslində Jade. Bizim dublyaj onu nədənsə "Hadi” olaraq təqdim etmişdi) sayəsində nə qədər qız hicaba keçdi. İslam təəssübkeşlərinin illərdir edə bilmədiyini bir aktrisa bacarmışdı. Onun makiyajı, akssessuarları da uzun zaman vizajistlərə, stilistlərə çörək verdi. Bəs maraqlıdır, serialın baş qəhrəmanlarının sonrakı taleyi necə oldu? "Klon”un baş qəhrəmanı Lukas (həmçinin Dieqo və Leo) elə öz real həyatını da serialdakı kimi qarmaqarışıq edib. Əsl adı Murillu Benisu olan aktyor öz tərəf müqabili ilə evlənib, yəni Hadi ilə (Covanna Antonelli). Dördillik nikahdan cütlüyün bir oğlu da var. Sonra ara qarışıb, məzhəb itib. Çox ağrılı ayrılıqdan sonra Murillu bu dəfə serialın digər qəhrəmanına üz tutub. Serialda onun qızını oynayan, özündən təxminən 20 yaş cavan olan Debora Falabella ilə (serialda Mell). Aktrisa "ata”sından fərqli olaraq hələ də seriallarda aktiv çəkilir. Digər adlarını çəkdiyim aktyorlar artıq az tələb olunanlar siyahısındadırlar. Debora isə Braziliyanın sevimlisinə 2012-ci ildə çəkilmiş "Braziliyanın xiyabanları” adlı serialından sonra çevrilib. 2019-cu ildə isə aktrisanın baş qəhrəmanı olduğu növbəti serialı ekrana çıxacaq. Təəssüf ki, biz baxa bilməyəcəyik...

Şəfiqə ŞƏFA