adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 May 2018 16:41
12842
SİYASƏT
A- A+

Lavrov erməni nazirlə Qarabağı müzakirə etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri telefon danışığı zamanı müzakirə edib.

Adalet.az TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, mayın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutub.

Nazirliyin məlumatında qeyd olunub ki, nazirlər ikitərəfli tədbirlər planını, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər.