adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 May 2018 16:17
13145
ƏDƏBİYYAT
A- A+

5 yazıçımıza “Ədəbiyyat adamı” mükafatı verildi

Azərbaycan Yaradıcılıq Fondu yeni layihəyə başlayıb.

Fonddan Adalet.az-a verilən xəbərə görə, "Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

Bu proyekt çərçivəsində yaxın aylarda Rusiya, Gürcüstan, Türkiyə, İtaliya, Almaniya, Polşa və Serbiyada silsilə ədəbiyyat tədbirlərinin keçirilməsi üçün hazırlıqlar gedir.

Fond "Ədəbiyyat adamı” layihəsi çərçivəsində artıq ilk işini yekunlaşdırıb.Qurumun daxili müzakirələrinəticəsində aşağıdakı beş yazıçıya mükafat təqdim edilib.


Nəriman Əbdülrəhmanlı

Səlim Babullaoğlu

Seyfəddin Hüseynli

Elnarə Akimova

Şirindil Alışanlı

Mükafatın məbləği1000 manatdır. Mükafat qaliblərə bu həftə təqdim ediləcək.

"Ədəbiyyat adamı” mükafatının hər il may ayında beş nəfərə təqdim edilməsi nəzərdə tutulub.