adalet.az header logo
  • Bakı 19°C
23 May 2018 15:29
7635
MƏMLƏKƏT
A- A+

Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”

Qarşıdakı yay mövsümündə havanın temperaturunun əvvəlki illərdəkindən daha yüksək olacağı, Azərbaycanda anomal istilərin müşahidə ediləcəyi bildirilir. Buna əsas kimi, mayın əvvəlində Rusiyanın mərkəzində may ayı üçün xarakterik olmayan 28-30 dərəcəyədək istilərin müşahidə edilməsi göstərilir.


Ekologiya və Təbii Sərvtlər Nazirliyinin (ESTN) Hidrometrolji proqnozlar bürosunun direktoru Gülşad MəmmədovanınModern.az-a verdiyi məlumata görə, hazırda Azərbaycanda müşahidə edilən hava şəraiti may ayına uyğundur:


"Əvvəlki illərdə mayda Bakıda və Abşeron yarımadasında 35 dərəcəyədək isti müşahidə edilib. Bu, rekord göstərici idi. Hazırda mayın üçüncü 10 günlüyündəyik, hələ ki, rekord göstəricilər qeydə alınmayıb. Temperatur paytaxtda 28-30, 32-33 dərəcəyədək müşahidə olunub. Ümumiyyətlə, bildiyiniz kimi, yayın ən isti günləri həmişə iyul, avqust aylarına təsadüf edib. Cənub-qərbdən hərəkət edən isti hava kütlələrinin təsiri, eləcə də hava şəraitinin sabitləşməsi, günəş şüalarının düşmə bucağının artması temperaturun yüksəlməsinə şərait yaradır.

Əvvəlki illərdə temperatur iyul, avqust aylarında paytaxtda 40-42, bölgələrdə , xüsusilə Naxçıvan Muxtar Respublikasında 46 dərəcəyədək yüksəlib”.

Nazirlik rəsmisi bildirib ki, ilkin məlumatalara əsasən, bu il də 46 dərəcəyədək istilərin olacağı proqnozlaşdırılır:

"Xüsusilə iyul və avqust aylarında temperaturun yüksək olacağı gözlənilir”.

Rekord göstəricilərə gəldikdə, G.Məmmədova bildirib ki, bunu indidən söyləmək mümkün deyil:

"Amma temperaturun yüksək olacağını proqnozlaşdırırıq”.