adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 May 2018 16:30
7991
İDMAN
A- A+

AFFA cərimələri açıqladı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Adalet.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, İK Topaz Premyer Liqanın 28-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz Premyer Liqasının 28-ci turunun "Sumqayıt” – "Zirə” matçında "Zirə” nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində "Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Topaz Premyer Liqasının 28-ci turunun "Kəpəz” – "Neftçi” matçının 87-ci dəqiqəsində "Neftçi”nin futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.