ABŞ-dan AXC-nin 100 illiyi ilə bağlı daha bir bəyannamə
ABŞ-ın Nevada ştatının Las Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, konsulluğa ünvanlanmış bəyannamədə Las Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırır. Sənəddə həmçinin Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanır.
Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.
Digər Xəbərlər
23 Aprel 2024 20:11
"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 19:20Xankəndidə 33 il sonra doğulan körpənin valideynlərinə mənzil ayrıldı
23 Aprel 2024 18:59"Azərbaycan ordusu bir güllə atmadan Tavuşa bu səbəbdən girdi"- Vrtanesyan
23 Aprel 2024 17:31Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişib
23 Aprel 2024 17:04