ANA SƏHİFƏ / İQTİSADİYYAT

Ələtdə “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaradılacaq

9080    |   2018-05-22 17:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İqtisadiyyat naziri Şahin Mustafayev Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) idarə heyətinin sədri Vanq Yini qəbul edib.

İqtisadiyyat Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə səfəri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir.

Ş.Mustafayev qeyd edib ki, 2018-ci ilin fevral ayında Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Pekində "Kəmər və Yol” təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans və Çin rəsmiləri ilə müxtəlif görüşlər təşkil olunub.

Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub. Hazırda Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir, Şanxayda Azərbaycan Ticarət Evinin, Pekində və Şanxayda Azərbaycan Şərab Evinin açılması nəzərdə tutulur. Bütün bunlar ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəkdir.

Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən iqtsadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Görüşdə həmçinin, Ələtdə yaradılması nəzərdə tutulan "Azərbaycan Respublikası-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” barədə məlumat verilib.

Nazir Azərbaycan və Çin şirkətləri arasında birgə həyata keçirilməsi nəzərdə tutulan metallurgiya, kənd təsərrüfatı, neft-kimya sahələri üzrə layihələrin icrasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyasının (SİNOSURE) fəaliyyəti barədə məlumat verən idarə heyətinin sədri Vanq Yi Azərbaycanda həyata keçirilən layihələrin sığortalanmasında Korporasiyanın maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, xarici ticarət və iqtisadi əməkdaşlığın təşviqi məqsədilə kredit və investisiyaların sığortalanması sahəsində böyük təcrübəsi olan SİNOSURE Korporasiyası tərəfindən ümumilikdə 3,5 trilyon dollar məbləğində ixrac vəsaiti sığortalanıb. Korporasiya 250-dən çox bankla əməkdaşlıq edir.

Görüşdə SİNOSURE Korporasiyasının Azərbaycanın aidiyyəti qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğu ifadə olunub və bu sahədə əlaqələrin qurulması imkanları müzakirə edilib.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK