Faiq QİSMƏTOĞLU: ÖMRÜ LƏYAQƏTLƏ YAŞADI

FAİQ QİSMƏTOĞLU
50797 | 2018-05-22 13:34

… Onunla hardasa bir il bundan əvvəl görüşmüşdük. 75 yaşı tamam olurduvə bu barədə də məni xəbərdar eləmişdi. Və mən də onun xəbəri olmadan «Dünyadan heç nə ummayan adam»adlı bir yazı qələmə almışdım. Və qəzetdə çap olunandan sonra rayonun Aşağı Yağlıvəndkəndinin üstündə oğlu ilə bərabər görüşdük və qəzeti ona verdim. Nə illah elədiki, gedək evə bir tikə çörək kəsək, razılaşmadım. Sonra da qayıtdı ki, başaa dönüm,bax, Qələmnaz bibin eşitsə ki, gəlmisən, bizə getməmisən, bax onda mənim abrımıətəyimə bükəcək...

Elə abrını ətəyinə də bükmüşdü. Çünki mənə bir neçə saatdan sonra özüzəng vurdu və Qələmnaz bibimlə danışdırdı. Gördüm ki, kişi düz deyirmiş, mənim gəlməxəbərimi eşidən bibim onlara getmədiyinə görə, əsəbləşib. Amma yazını oxuyandansonra bir az ürəyi yumuşalmışdı. Dedi ki, mən çox yazılar oxumuşam. Lakin əmin haqqında o yazı mənə dünyanı bağışladı.Çünki çoxları onu unudub. Ancaq sən sağ ol ki, yaxşılığı, duz-çörəyi unutmamısan.Bir dəfə tələbə vaxtı bizdə bir tikə çörək yemisən, onu bütün Bəhmənli camaatı bilir.Yenə çox sağ ol ki, o yazını belə ürəklə qələmə almısan…

Bu yaxınlarda eşitdimki, mənim qohumum, həm də müəllimim Əsgər Şıxəliyev dünyasını dəyişib. Əsgər Şıxəliyevsıradan bir adam deyildi. O, təpədən dırnağa qədər nurlu, işıqlı adam idi. Bəlkədə belə adamlar barmaqla sayıla bilər. Füzulidə məmə deyəndən pəpə yeyənə qədərhamı Əsgər Şıxəliyevi yaxşı tanıyırdı. O, ali məktəbi bitirəndən sonra uzun müddət«Araz» qəzetində müxbir, məsul katib vəzifələrində çalışıb. Və mən də tələbə olandaonun yanında təcrübədə olmuşam, yazı-pozunu,qəzet tərtibini elə Əsgər Şıxəliyev mənə öyrədib. Hətta zəif yazılarımı təzədənişləyərək ona yeni bir rəng, yeni bir ömür verib. Bir sözlə, bəzi jurnalistlər gənclərəyuxarıdan aşağı baxsalar da, amma mənim kimi gənc jurnalistlərə, tələbələrə öz balasıgözüylə baxıb. Hətta dəfələrlə biz redaksiyada təcrübədə olanda üçümüzü də götürübgözəl bir yay günündə sərin yerə aparıb və orda bizə kabab qonaqlığı verib. O qonaqlıqdamənim sevdiyim Əsgər müəllimlə yanaşı, istedadlı qələm sahibləri rəhmətlik KərəmHətəmov və Vaqif Mehdiyev də iştirak ediblər.

Mən inanmıram ki,Füzulidə Əsgər Şıxəliyev kimi hörmətli adam çox olsun. Həmişə elin, obanın içindəolub. Elin, obanın içində olan bu adam camaatla nəfəs alıb, onlarla ruhlanıb. Eləbir xeyir-şər olmazdı ki, mən Əsgər müəllimi o qapıda görməyim. Həm də o, bizimyezənmiz idi. Mütü əmimin qızı Qələmnaz xanımla ailə qurmuşdular. Çox gözəl də övladları,balaları var. Və həmişə də o ocaqda mən mehribanlıq, səmimiyyət görmüşəm.

Əsgər müəllimə iynəninucu boyda yaxşılıq eləsəydin, o sənə dünya boyda yaxşılıq qaytarardı. Çünki heç vaxt heç kəsə borclu qalmağı sevməzdi. Əksinə,istəyərdi ki, olunan yaxşılıq müqabilində onun əvəzini çıxsın. Buna isə sözün həqiqimənasında böyük ürək, kişilik gərək idi. Və Əsgər Şıxəliyevdə çoxlarında olmayandəyanət, qurur, ləyaqət və səmimiyyət vardı. Elə bu səmimiyytinə görə də onu hamıçox istəyirdi.

Bir balac söhbəteləyən kimi o dəqiqə hiss edirdin ki, nə qədər duzlu, yumorlu, şirin adamdı. Vəheç kəsdən də çəkinməzdi. Əgər birindən incisəydi, onu mütləq həmin adamın özünədeyərdi. Deyərdi ki, bajıoğlu, səndən küsmüşəm. Sən də o dəqiqə səhvini hiss eləyərdin və onun qəlbini ələ alardın. Çünki Əsgər müəllimhamını sevdiyi kimi, günahı olanları da bağışlamağı bacarırdı. Bəzi adamlar varki, bir balaca xətrinə dəyirsən, diqqətsizlik eləyirsən, o dəqiqə onun əvəzini çıxmaqistəyir. Amma Əsgər müəllimsə əksinə, çox səbrli, təmkinli, ağayana bir kişiydi.Həmişə də deyərdi ki, Faiq, sən mənim barəmdə iki dəfə yazı yazmısan, hər ikisixoşuma gəlib. İnşallah, Allah ömür versə, 80 illiyimdə bir də yazarsan. Mən də deyirdimki, təki sən 80 il yaşa, o yazı mənim boynuma...

Yubiley yazısınıyaza bilmədim. Çünki ömür vəfasızlıq elədi. Onun əvəzindən qəlbimdən və içimdənsüzülən bu kədərli yazını qələmə aldım. Əsgər müəllimsiz yaşanan günləri. Çünkibu günlər doğurdan da onu sevənlər, doğmaları və əzizləri üçün çox ağırdı. Ağırolmaqla yanaşı, həm də bir məqam var: onun yaşadığı ləyaqətli ömür! Bax, bu ləyaqətliömür onun balalarını, nəvələrini el-oba içində həmişə alnıaçıq, üzüağ və başıucagəzdirəcək.

Əsgər müəllim həmdə mənim bibim oğlu Şükür əmimlə bacanaq idi. Şükür əmi dünyasını dəyişəndə o çox kövrəlmişdi. Mənə vəqardaşıma yaxınlaşıb başsağlığı verəndə dediki, Ceyhun təkdi, gözünüz üstündə olsun. Ancaq bizdən də çox onun gözü, nəzər diqqətiCeyhunun üstündə oldu. Hər hansı çətinliyi, sıxıntını heç kimə demədən özü həllelədi. Və bir də gördü artıq Ceyhunun nəinki özü, balaları da böyüyüb.

Bütün bunlar onunböyük ürəyindən, böyük qəlbindən xəbər verirdi. Əsgər Şıxəliyev nə az, nə çox düz50 il partiya-sovet, icra orqanlarında məsulvəzifələrdə çalışıb. Bəziləri kimi vəzifədə olanda özünü dartmayıb. Əksinə, birqədər də sadə, bir qədər də səmimi olub, yanına gələnlərin işini təmənnasız aşırıb. Əsgər müəllimin dünya malındagözü yoxuydu. Sadəcə olaraq, o həmişə halallıq axtarırdı. Və bu halallıq da onunkökündən, qanından gəlirdi.

O, Füzuli rayonununAşağı Yağlıvənd kəndində anadan olmuşdu. O kəndə, o obaya həmişə böyük ürəklə bağlıydı.O ürək ki, orda səmimiyyət vardı, mehribanlıq vardı və bir də insanlara sevgi vardı.Bu gün həqiqətən də çoxları Əsgər Şıxəliyevindünyasını dəyişməyindən kədərlənib. Ancaq Əsgər müəllimin ləyaqətlə yaşanmış 76illik ömrü onu deməyə əsas verir ki, bu cür insanlar heç vaxt ölmürlər. Yəni onlarınəməlləri, xeyirxahlıqları və yaxşılıqlar hər an, hər dəqiqə onu yaşadır.

Və hamı da deyirki, Əsgər müəllimin yeri görünür. Yeri görünən adamsa hər an, hər dəqiqə xatırlanır,yada salınır və onun ruhuna dualar oxunur. Və bir də yurdunda yaxşı övladlar qalandao insanın ruhu rahat olur. Mən inanıram ki, Əsgər Şıxəliyevin ruhu çox rahatdı.Çünki onun övladları və on nəvəsi Əsgər müəllimə göstərdiyi işıqlı və nurlu yollagedir…


TƏQVİM / ARXİV