ANA SƏHİFƏ / MARAQLI

Ən güclü cinayətkar təşkilatları

8973    |   2018-05-22 13:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1. John DiFronzo

Cinayət dünyasında bu qədər nüfuzlu olub da, həbsxanadan kənarda qalmağı bacaran çox az adam var. Amerikanın ən əhəmiyyətli cinayətkar təşkilatlarından Çikaqo Outfitin hazırkı lideri olan DiFronzo belə biridir və ən böyük rəqibi Rus mafiyasıdır.

Çikaqo Outfit Amerikan mafiyası olmasına baxmayaraq bir çox millətdən üzvü var: Polşa, Uels, Yaponiya, İtaliya və daha bir çoxları. Çikaqo Outfit, 1900-cü illərin əvvəlində qurulmuş olmasına baxmayaraq, əfsanəvi liderləri Al Capone sayəsində cinayətkarlar dünyasında olan hakimiyyətləri bu günlərə qədər davam etdi.

1993-ci ildə də No Nose ləqəbli DiFronzo başçı oldu. (1949-cu ildə bir tekstil mağazasını soyandan sonra, pəncərədən qaçanda burnunun bir tərəfini kəsdiyi üçün ona bu ləqəb verilib)

O hələ də öz vəzifəsinə davam edir.

2. Kenichi Shinoda

Yaponiyadakı mütəşəkkil cinayətkarlıq təşkilatlarına YAKUDZA adı verilir. Yakudzaların olduqca keçmişə söykənən bir tarixləri var və 2015-ci ilin hesabatlarına görə dünyada 100.000 Yakudza olduğu güman edilir. Bunlardan 85.000-ə qədəri Yaponiyadadır.

Ən güclü Yakudza 6-cı Yamaguchi-gumi və dünyanın ən böyük cinayətkar təşkilatlarından biridir.

Hər il porno sənayesində, fond qiymətlər birjasında, qumarda, tikinti sektorunda, narkotik və silah alverində milyardlarla dollar toplayırlar. 6-cı Yamaguchi-guminin liderinə Kumicho adı verilir və ilk Kumicho 1915-1935 illəri arasında liderlik etmiş olan Harukichi Yamaguchi. Hazırkı Kumicho Kenichi Shinoda isə 2005-ci ildə Yoshinori Watanabenin yerinə gəlmişdi.

Həyatı boyu həbsə girib çıxmış olan Shinoda, 1970-ci illərin əvvəlində rəqib mafiya liderini katana ilə doğramış və 13 il həbs yatmışdı. 2005-də Kumicho olduqdan qısa bir müddət sonra yenə həbsə girən Shinoda 9 Aprel 2011-də yenidən çıxmışdı.

Həbsdə olanda isə onun yerinə Kumicho vəzifəsini aparan şəxs isə Kiyoshi Takayama idi.

3. Adam ailəsi

İngiltərənin mühüm cinayətkar təşkilatlarından A Komandası, 1980-ci illərdə Terri, Tommi və Patrik adlı qardaşlar tərəfindən yaradılıb.

Ümumiyyətlə, zənginlikləri və şiddətli üsulları ilə tanınan ailə; Narkotik qaçaqmalçılığı, qəsb və qumarla məşğul olur. Əksəriyyət hallarda afro-qəraiblii kadrları işlədirlər. Təxminən $200 milyon sərvəti olduğu düşünülən Terri Adams, 2004-cü ildəki bir hadisə ilə medianın diqqətini üzərinə çəkib.

Qədim Liverpullu futbolçu Kenny Dalglish, səhmdarı olduğu Pro Active şirkətinə bağlı Mançester Unitedli Ueyn Rooneynin işdən ayrılmaması üçün, ona bunu etməməyini Terri vasitəsiylə çatdırmaq istəmişdi. 2007-ci ildə 7 il həbs tələbi ilə həbs olunan Terri, 4.7 milyon funt-sterlinq ödəyərək 24 İyun 2010-da sərbəst buraxıldı. Lakin 2011-ci ilin avqust ayında təkrar həbsə girdi və bu an hələ də həbsdədir.

4. Semion Mogilevic

FBI tərəfindən dünyanın ən təhlükəli cinayətkarı kimi göstərilən Ukrayanalı Semion Mogilevich, Rus mafiyasının lideridir.

Olduqca amansız və ağıllı biri olan Mogilevich, iqtisadçıdır. "Don Semyon" və "The Brainy Don" kimi ləqəblərlə da anılan Mogilevich, RosUkrEnergo, Raiffeisen Bank ve Gazprom şirkətləri ilə də yaxından əlaqəlidir.

Rus mafiyasının başına keçməzdən əvvəl, Rusiyanın bir başqa əhəmiyyətli cinayət təşkilatı olan Solntsevskaya Bratvanın liderliyini edib. Bəzi mənbələrə görə, Vladimir Putinlə əməkdaşlıqla ona təhlükəsizlik dəstəyi təmin edir.

5. Chang An-lo

United Bamboo Gang Tayvanın ən böyük 3 cinayət təşkilatından biri idi. Mərkəz olaraq Honq Konq, Vyetnam, Macau, Tayvan, Çin və Çin əhalisinin çox olduğu rayonlar seçilmişdu. United Bamboo Gang 30 il ərzində Chen Chi-li tərəfindən idarə edilib lakin 2007-ci ildə lider həyatını itirdi.

United Bamboo Gang liderinin kim olduğunun məlum olmasını heç vaxt istəməz. Bu səbəbdən liderlərini təxmin etmək olduqca çətindir, ancaq Chen An-lo lider olması ən ehtimal edilən adlardan biridir və üç dənəsi Amerikadan olmaqla birlikdə beş ixtisas diplomu var.

United Bamboo Gang siyasətin içinə o qədər girmişdir ki, narkotikdən əldə etdikləri pulu heç bir problem yaşamadan ölkəyə keçirə bilirlər.

6. Vito Rizzuto

Son illərdə Montreal, Quebec və Kanadadakı cinayət nisbətləri hakimiyyətdəkilər üçün böyük bir problem olmağa başlamışdı. Xüsusilə də illərdir ki, Montrealda hökm sürən Rizzuto ailəsi ilə rəqibləri Ndrangheta çox problem yaradırdılar.

2007-ci ildə uzun müddətdir Rizzuto ailəsinin liderliyini edən Vito Rizzuto 10 il həbs tələbi ilə həbs olundu.

Vitonun yaxalanmasına qədər Vitonun atası Nicolo, oğlu Nik, Paolo Renda, Agostino Cuntrera və Salvatore Montagna öldürülmüşdü.

Vito, Oktyabr 2012-də sərbəst buraxılacağı zaman polis çox narahat idi. Vitonun siyasi qüvvələrdən də kömək alıb Ndranghetadan böyük bir qətliam ilə intiqam alacağı iddiası hələ də danışıqlara mövzudur.

7. Joaquín Guzmán Loera

Usame Bin Laden öldükdən sonra "Dünyanın Ən Təhlükəli Cinayətkarı" bu adam oldu. Meksikada Baja Kaliforniya, Durango, Sonora və Chihuahua əyalətlərində fəaliyyət göstərən Sinoloa Cartelin lideri Joaqun Guzmn Loera, narkotik qaçaqmalçılığında dünyanın ən çox axtarılan adıdır.

Bir çoxlarına görə, narkotik dünyasının tanrı olaraq gördüyü Pablo Escobarı da geridə qoyub. Siyasətçilər, polis və biznesmenlər ilə əməkdaşlıq edən Loera eyni zamanda dünyanın ən zəngin və güclü insanlarından biridir.

Hazırda Joaquín Guzmán Loeranı tapanlar üçün, 5 milyon dollar Amerika, 2 milyon dollar Meksika tərəfindən olmaqla cəmi 7 milyon dollar mükafat qoyulub.

8. Domenico Condello

Ndrangheta dünyanın ən təhlükəli cinayətkar təşkilatlarından biridir və mərkəzi İtaliyanın Calabria şəhərindədir. Tamamilə Siciliya mafiyasından müstəqil halda fəaliyyət göstərən Ndranghetanın, İtaliyada ümumi daxili məhsulunun 3%-inə nəzarət etdikləri və təxminən 35-40 milyard avro dövriyyələri olduğu güman edilir.

Dünyanın hər yerində fəaliyyət göstərən Ndrangheta, xüsusilə Torontoda fəaldır. Klassik mafiya liderlərinin əksinə Ndranghetada liderlər (Capolar) daha məhdud və yalnız rəhbərliklə bağlı olan işlərlə məşğul olurlar. 2000-ci illərdə son lider 2010-cu ildə həbs olunan Domenico Oppedisanoydu. Təşkilat içində liderdən daha fəal olan "il supremo" var və bu vəzifə Pasquale Condelloya aid idi.

2008-ci ildə bir mənzil dairəsində 100 polis tərəfindən həyata keçirilən bir əməliyyatla yaxalandı. Yerinə əmioğlusu Domenico Condello keçdi. O, hazırda İtaliyanın ən çox axtarılan cinayətkarıdır.



İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK