adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 May 2018 12:48
17496
İQTİSADİYYAT
A- A+

“Ölkəyə əlavə xarici valyuta daxil olub” - Nazir müavini

"Ölkə iqtisadiyyatına əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərin maliyyə təminatı təmin olunub. Ötən il ərzində xarici ticarət illik müqayisədə 12,3%, əmtəə ixracı 18,11%, qeyri-neft əmtəə ixracı isə 24,4% artıb. Ölkənin strateji valyuta ehtiyatları 4 mlrd. dollar artaraq ilin sonuna 41 mlrd. dollar səviyyəsini keçib”.

Bunu maliyyə nazirinin müavini Azər Bayramov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirə zamanı deyib.

Nazir müavini bildirib ki, 2017-ci ildə icmal büdcənin gəlirləri 24 mlrd. manat və ya 104,8%, xərcləri 25 mlrd. manat və ya 82,4% səviyyəsində icra olunub.

"İcmal büdcə kəsiri 1,1 mlrd. təşkil edib ki, bu da proqnoza nisbətən 9,5% bəndi azalaraq cəmi 1.6% təşkil edib. Dövlət büdcəsinin mədaxili 16 mlrd. 517 mln. manat və ya 98,5% icra olunub. Dövlət büdcəsinin transfert nəzərə alınmadan gəlirləri 10 mlrd. 417 mln. təşkil edib. Bu da 2016-ci illə müqayisədə 526 mln. manat, 5,3% çoxdur. Büdcə daxilolmalarının 8,633 mlrd. manatı qeyri-neft sektoru hesabına təmin olunub ki, bu da 2016-cı ilə nisbətən 352 mln. manat və ya 4,3% çoxdur. Qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 2016-cı illə müqayisədə 5% bəndi artaraq 52.3% təşkil edib. Dövlət Neft Fondundan 2017-ci ildə 6,100 mlrd. manat vəsait transfert olunub ki, bu da illik müqayisədə 19,9% azdır. 2017-ci ildə Azərbaycan Mərkəzi Bankının mənfəətində 250 mln. manat dövlət büdcəsinə ödənilib”, - deyə nazir müavini vurğulayıb.

A.Bayramov qeyd edib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1% və ya 17 mlrd. 595 mln. manat səviyyəsində icra olunub ki, xərclərin 62%-i cari xərclərdir.